Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Mingəçevirdə "Hepatit A" virusu aşkarlanıb
Mingəçevirdə "Hepatit A" virusu aşkarlanıb17-11-2023, 10:44. Yazar: sevinc1 |
Mingəçevir şəhərində "Hepatit A" virusu aşkarlanıb. aia.az xəbər verir ki, bu haqda Mingəçevir şəhər Gigiyena və Epidemioloji Mərkəzinin icraçı direktoru Validə Məmmədova məlumat verib. Onun sözlərinə görə, GEM-ə son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş "Hepatit A" diaqnozu ilə 6 nəfər xəstə barəsində Mingəçevir şəhər Mərkəzi Xəstəxanasından təcili bildiriş vərəqəsi daxil olmuşdur. Dərhal hər bir ünvanda mərkəzin həkim-epidemioloqu tərəfindən araşdırma aparılmışdır. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində (bir-biriylə təmasda ola bilən, qohumluq əlaqəsi olan), digər 3 xəstənin isə şəhərin müxtəlif ünvanlarında yaşayan – bir-birləriylə əlaqəsi olmayan şəxslər olduğu müəyyən edilmişdir. V.Məmmədovanın sözlərinə görə, noyabrın 7-də ilk xəstə barədə məlumat daxil olan andan etibarən Ailə Sağlamlıq Mərkəzi və Mingəçevir GEM-in həkimləri tərəfindən qeyd olunan ünvanlar gündəlik müşahidə altına alınıb. Bu prosesin 7 həftə davam etdirilməsi planlaşdırılır. Xəstəliyə şübhəli şəxs aşkarlanarsa, şübhəlilər laborator analizlər üçün xəstəxanaya göndərilir. Noyabrın 13-də 2-ci xəstə barəsində məlumat alındıqdan sonra hər iki xəstənin eyni ünvanda olduğu nəzərə alaraq əraziyə GEM tərəfindən "Su-kanal" ASC-nin mühəndisləri cəlb ediliblər. Araşdırmalar zamanı son 2 ayda Bahar küçəsində su xəttində qəza olmadığı aşkar olunub. Xəstələrin mənzillərindən su nümunələri götürülərək baktereoloji müayinə üçün Mingəçevir GEM-in laboratoriyasına verilib. O cümlədən Su anbarının çıxış nöqtəsindən də analiz nümunələri götürülüb. V.Məmmədova bildirib ki, "Hepatit A" virusu adətən fekal-oral yolla keçdiyi üçün digər infeksion xəstəliklərdə olduğu kimi profilaktika məqsədi ilə şəxsi gigeyena qaydalarına əməl olunması vacibdir. Çünki insan vurusla çirklənmiş su içməklə və ya onunla yuyulmuş qidanı qəbul etməklə yoluxa bilər. Tez-tez rast gəlinən yoluxma yollarından biri də çirklənmiş suda böyümüş dəniz qidasının bişirilməmiş qəbul edilməsidir. Odur ki, gigiyenik qaydalara riayət edilməli və əl yuma vərdişi formalaşdırılmalıdır. Yoluxmamaq üçün öpüşmək, sarılmaq və yeməklərin paylaşılmasından mümkün qədər uzaq durulmalıdır. Azər Tağızadə Geri dön |