Ana Sayfa > Özəl > Kreml Putinlə Təhlükəsizlik Şurası arasında operativ görüş keçirəcəyini açıqlayıb
Kreml Putinlə Təhlükəsizlik Şurası arasında operativ görüş keçirəcəyini açıqlayıb16-11-2023, 13:58. Yazar: sevinc1 |
Rusiya prezidenti Vladimir Putin cümə axşamı, noyabrın 16-da Təhlükəsizlik Şurasının daimi üzvləri ilə operativ iclas keçirəcək. “RİA Novosti” xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib. Kreml sözçüsü bildirib ki, prezident Novo-Oqarevoda işləyir. Günortadan sonra Təhlükəsizlik Şurası ilə görüş planlaşdırılır, Peskov onun mövzuları barədə daha sonra məlumat verəcəyini vəd edib. Bundan əlavə, Putinin bir sıra qeyri-ictimai görüşləri planlaşdırılıb, onların təfərrüatlarını dövlət başçısının mətbuat katibi açıqlamayıb. Bundan əvvəl məlum olub ki, Putin noyabrın 21-dən 22-dək Rusiyaya rəsmi səfər edəcək Tacikistan prezidenti Emoməli Rəhmonla görüşəcək. Görüşlər dar və geniş tərkibdə keçiriləcək aia.az Tərcümə şöbəsi Geri dön |