Ana Sayfa > Özəl > Böyük Britaniya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Kiyevə gəlib

Böyük Britaniya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Kiyevə gəlib


16-11-2023, 12:40. Yazar: sevinc1
Böyük Britaniya Xarici İşlər Nazirliyinin yeni rəhbəri Kiyevə gəlib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron təyinatından sonra ilk xaricə səfəri üçün Ukraynanı seçdi və burada Vladimir Zelenski ilə görüşdü.Noyabrın 13-də Böyük Britaniyanın baş naziri Rişi Sunak kabinetində dəyişiklik edib. O cümlədən, ölkənin Daxili İşlər Nazirliyinin rəhbəri Suella Braverman işdən çıxarılıb. Böyük Britaniyanın keçmiş baş naziri Devid Kemeron isə yeni xarici işlər naziri təyin edilib.

Yeni xarici işlər naziri təyinatından bir neçə gün sonra xaricə ilk işgüzar səfəri üçün Kiyevi seçdi.Eyni zamanda, səfər barədə əvvəlcədən məlumat verilməyib, bu, yalnız Böyük Britaniyanın Xarici İşlər Naziri ilə Ukrayna hakimiyyəti arasında görüşün görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra məlum olub, Britaniya nəşri qeyd edir.

“Rambler” xəbər verir ki, Vladimir Zelenski xüsusilə David Cameron ilə qısa video yayımlayıb və Londona “cəbhə xətti üçün silahlar, hava hücumundan müdafiəni gücləndirmək, insanları və kritik infrastrukturu qorumaq” dəstəyinə görə təşəkkür edib.

aia.az
Tərcümə şöbəsi
Geri dön