Ana Sayfa > Şou-biznes > Bakıda pullu avtodayanacaqlar niyə itən əşyalara cavabdeh deyil?- VİDEO
Bakıda pullu avtodayanacaqlar niyə itən əşyalara cavabdeh deyil?- VİDEO9-09-2016, 14:20. Yazar: admin |
Sürücülər ödəniş edib avtomobillərini yeraltı dayanacaqlarda saxlayırlar. Amma onlara verilən qəbzdə yazılır ki, itən əşyalara cavabdeh deyilik. Bakıda bir çox avtomobil parkında bu qayda tətbiq edilir Bu məsələ sürücülərin narazılığına səbəb olur. Onlar bildirir ki, avtomobil dayancaqda olduğu müddətdə məsuliyyət əraziyə nəzarət edən qurumdadır. Bu məsələ avtodayanacaqlarda avtomobillər eləcə də içərisindəki əşyaların toxunulmazlığına görə məsuliyyəti gündəmə gətirir. Nazirlər Kabinetinin bununla bağlı nümunəvi əsasnaməsində qeyd edilir ki, duracaq və qaraj sahiblər nəqliyyat vasitələrinin toxunulmaz və təhlükəsiz şəraitdə saxlanılmasını təmin etməlidirlər. Yəni əsasnamədə əşyanın itməsi kimi konkretlik yoxdur. "Xəzər Xəbər”mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: Geri dön |