Ana Sayfa > Özəl > ABŞ Rusiyanın zəifləməsini faydasız adlandırıb

ABŞ Rusiyanın zəifləməsini faydasız adlandırıb


15-11-2023, 10:33. Yazar: sevinc1
ABŞ Rusiyanın zəifləməsini faydasız adlandırıb

Ukraynada hərbi münaqişənin dayandırılması və Rusiyanın güclü dövlət kimi saxlanılması ABŞ üçün faydalı olacaq. Bu fikri ABŞ prezidentliyinə namizəd kiçik Robert Kennedi deyib. Bu barədə Lenta.ru “Responsible Statecraft” jurnalına istinadən yazır.

Ona Ukraynada müharibəni dayandırmaq üçün ABŞ prezidentinin sülh danışıqlarına girib-girməməsi ilə bağlı sual verilib. Kiçik Kennedi cavab verdi ki, Moskvanın zəifləməsi Ağ Evin maraqlarına uyğun deyil.

“Zəif və qeyri-sabit Rusiya bizim təhlükəsizliyimizə fayda verməyəcək, yalnız bizə zərər verəcək”, o vurğulayıb.


aia.az
Tərcümə şöbəsi

Geri dön