Ana Sayfa > Özəl > Slovakiyanın keçmiş baş naziri parlamentə Fikonu təhqir edən plakat gətirib

Slovakiyanın keçmiş baş naziri parlamentə Fikonu təhqir edən plakat gətirib


14-11-2023, 19:27. Yazar: sevinc1
Slovakiyanın keçmiş baş naziri parlamentə Fikonu təhqir edən plakat gətirib

Slovakiyanın keçmiş baş naziri İqor Matoviç parlamentin iclasına “Vicdansız yalançı” yazısı olan plakat gətirib. Matoviç bu sözləri ölkə hökumətinin yeni rəhbəri Robert Fikoya ünvanlayıb. Bu barədə RİA Novosti məlumat yayıb. Qeyd olunur ki, insident parlamentin iclası zamanı, Fikonun çıxışından dərhal sonra baş verib. Hökumət başçısının nitqini tamamlamasını gözlədikdən sonra Matoviç tribunada yer alıb və plakatını açıb. Təhqiredici ifadə ilə yanaşı, Fikonun istiqamətini göstərən böyük qırmızı ox da var idi.

“Deputat Matoviç, sizdən bu cür hərəkətlərdən çəkinməyinizi xahiş edirəm. Bilirsiniz ki, zalda belə cihazların olması qadağandır”, - Slovakiya Parlamentinin rəhbəri Peter Pelleqrini şərh edib.Eyni zamanda, Fico özü də Matoviçin hərəkətinə heç bir reaksiya vermədi. Öz növbəsində, keçmiş baş nazir də onun hərəkətlərinə münasibət bildirməyib.Oktyabrın 25-də Robert Fiko Slovakiyanın yeni Baş naziri seçildi. Seçki kampaniyası zamanı o, dəfələrlə Qərb ölkələrinin Rusiyaya qarşı sanksiya siyasətini tənqid edib, həmçinin Ukraynaya hərbi dəstəyi azaltmağa çağırıb.


aia.az
Tərcümə şöbəsi
Geri dön