Ana Sayfa > Özəl / Seçki 2024 > Gədəbəydə Şəhid məzarları ziyarət edilib

Gədəbəydə Şəhid məzarları ziyarət edilib


14-11-2023, 17:45. Yazar: sevinc1
Gədəbəydə Şəhid məzarları ziyarət edilib

aia.az xəbər verir ki, 14.11.2023-ci il tarixində YAP Gədəbəy rayon Təşkilatının əməkdaşı Elnur Qəhramanov, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də şəhər və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canlarından keçən Şəhidlərimiz- Gədəbəy şəhər sakini Həsənov Novruz Cumalı oğlunun üçüncü ildönü və Rayonun Kəlaman kənd sakini Paşayev Firdofsi Afiq oğlunun doğum günü münasibətilə məzarları ziyarət edilərək xatirələri ehtiramla anılıdı, məzarları üzərinə gül dəsətələri düzüldü və ruhlarına dualar oxunudu. Ailələri ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön