Ana Sayfa > Özəl / Seçki 2024 > Gəncədə genişmiqyaslı abadlıq işləri davam etdirilir

Gəncədə genişmiqyaslı abadlıq işləri davam etdirilir


14-11-2023, 11:35. Yazar: sevinc1
Gəncədə genişmiqyaslı abadlıq işləri davam etdirilir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə imzaladığı müvafiq Fərmanlara əsasən ölkəmizin hər yerində olduğu kimi Gəncə şəhərində də tikinti-quruculuq işlərinin sahəsi genişlənir. Ölkənin hər yerində olduğu kimi, Nizami yurdunda da həyata keçirilmiş çoxsahəli tədbirlər sistemi, infrastrukturların yeniləşməsi, vətəndaşlara keyfiyyətli xidmətin yaxşılaşması, rifah halının yüksəlməsi daha qabarıq görsənir.

aia.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun tapşırıq və tövsiyələrinə əsasən Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyi tərəfindən şəhərin müxtəlif ərazilərində kompleks abadlıq-quruculuq işləri davam etdirilir.
Gəncə MKT İB-nin canlı qüvvəsi və texnikası vasitəsilə şəhərin Qala Qapılarının üzərində təmir işləri aparılıb, solmuş hissələrə yeni boya vulub. Şəhər ərazisində mövcud olan avtobus dayanacaqları, işıq dirəkləri, yol nişanları, zibil qutuları, səkilər və məhəccərlər yuyulub. Yollardakı döşəmə daşların çökən hissələri bərpa olunur, təmirə ehtiyacı olan hissələrdə yol yatağı yenidən işlənir.
Qeyd edək ki, Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi tərəfindən həyata keçirilən genişmiqyaslı abadlıq, quruculuq işləri qarşıdakı günlərdə də davam etdiriləcəkdir.

Azər Tağızadə
Geri dön