Ana Sayfa > Özəl > İÇİNDƏ
İÇİNDƏ13-11-2023, 12:13. Yazar: sevinc1 |
Mən adamı tanıyıram gözündən, Odu billəm kül altında közündən, Boş -boşuna kim dedisə özündən, Uca gördüm, nadanların içində. Gah dağdayam, gah aranda ay zalım, Düşmür mənə bu sevincdən pay, zalım! Bu mənasız günlərimi say, zalım, Ömür keçir zamanların içində. Kütə gedir kündələrim, yapmıram, Nəfsim toxdur, hələ yoldan sapmıram. Di gəl, canı qoymağa yer tapmıram, Bu ahların, amanların içində. Nə axşamam, nə açılan sabaham, Çaxmağını pas bürümüş silaham. Nə dərvişəm düz əməlli, nə şaham, Yerim yoxdur şamanların içində, Ömür boyu məndə məni aradım, Sünbüldəki qızıl dəni aradım. Neçə-neçə xatirəni aradım, Çaşıb qaldım gümanların içində. Xəyalımda bir nənəmdi, bir babam, Açdı mənə neçə-neçə sirr babam. Uşaq vaxtı söyləmişdi, pir babam. Yerini tap qananların içində. Qamaşdırıb gözlərimi gün, demə, Bir vaxt gördüm saça düşüb dən, demə. Gülün mənə, axtarmışam sən demə, Yaxşıları yamanların içində. Dərdə dözdüm, necə dözür, dedilər, Sözü sözə necə düzür, dedilər. Qaqqıldaşıb iynə gəzir, dedilər, Şəmsi Qoca samanların içində. Geri dön |