Ana Sayfa > Özəl > Siciliyada Etna vulkanı püskürüb
Siciliyada Etna vulkanı püskürüb13-11-2023, 10:15. Yazar: sevinc1 |
Siciliya adasında Etna vulkanının yeni püskürməsi baş verib. Bu barədə “La Sicilia” qəzeti İtaliyanın Milli Geofizika və Vulkanologiya İnstitutuna (INGV) istinadən xəbər verir.Nəşrin məlumatına görə, püskürmə vulkanın cənub-şərq kraterində baş verib. INGV mütəxəssislərinin fikrincə, püskürən sütunun hündürlüyü dəniz səviyyəsindən təxminən 4,5 min m yüksəklikdə idi. Qeyd olunur ki, Etna püskürməsinin hazırkı mərhələsi Siciliyanın Kataniya şəhərindəki hava limanının fəaliyyətinə təsir göstərmir. Etna mütəxəssislərin daimi nəzarəti altındadır. Bir qayda olaraq, bu vulkanın fəaliyyəti əhali üçün təhlükə yaratmır. aia.az Tərcümə şöbəsi Geri dön |