Ana Sayfa > Siyasət > Xankəndidə keçirilən hərbi parad Azərbaycanın növbəti zəfəridir
Xankəndidə keçirilən hərbi parad Azərbaycanın növbəti zəfəridir11-11-2023, 13:41. Yazar: sevinc1 |
![]() Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə Azərbaycan Bayrağını qaldıran Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev xalqımıza, bütün dünya azərbaycanlılarına ən böyük xoşbəxtlik və qürur hisslərini yaştdı. 2023-cü ilin 8 noyabrında Xankəndidə Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradın keçirilməsi isə qürurumuzu sonsuza qədər artırdı. 8 noyabr tarixi xalqımız üçün nə qədər önəmli idisə, həmin gün Ölkə Prezidenti, Ali Baş Komandan cənb İlham Əliyevin iştirakı ilə Xankəndidə ilk dəfə keçirilən hərbi parad bu önəmi bir qədər də artırdı. Silahlı Qüvvələrimizin bu möhtəşəm nümayişində çıxış edən dövlət başçısının dediyi kimi, Azərbaycan xalqı uzun illər ərzində işğal dövründə bir nöqtəyə vururdu ki, tezliklə bizim torpaqlarımız işğalçılardan azad edilsin. Cənab Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə xalqımz və dövlətimiz bu müqəddəs günü hər gün, hər saat öz fədakar əməyilə, işiylə yaxınlaşdırırdı. 2003-cü ildə xalqın etimadını qazanaraq Ölkə Prezidenti seçilən cənab İlham Əliyev andiçmə mərasimində çıxış edərək xalqa söz vermişdi ki, gün gələcək Azərbaycanın Dövlət Bayrağı işğal altında olan torpaqların hər bir guşəsində qaldırılacaq. Üç il bundan öncə Qarabağın tacı olan Şuşada yüksələn müqəddəs bayrağımız bu gün artıq Xankəndidə, Ağdərədə, Xocalıda və bütün digər ərazilərimizdə qürurla dalğalanır. Azərbaycan Prezidenti hər zaman olduğu kimi, bu vədinə də əməl etdi. Bundan sonra ölkəmizin bütün ərazisində olduğu kimi, Qarabağda və Şərqi Zəngəzurda da Azərbaycan Bayrağı əbədi dalğalanacaq. Cənab Prezident İlham Əliyev öz çıxışında bir çox vacib məsələlərə toxunmuş, Vətən müharibəsinin başlanma səbəbləri barədə detallı açıqlamalar vermişdir. Aydındır ki, Ermənistan heç bir halda öz xoşu ilə bizim torpaqlarımızdan çıxmayacaqdı. Əgər ilk dövrlərdə münaqişənin sülh yolu ilə həll olunmasına az da olsa ümid var idisə belə, illər keçdikcə bu ümidlər də tükənirdi. Münaqişənin nizamlanması ilə məşğul olan vasitəçilər də faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar və hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Əlbəttə, Azərbaycan bütün dövrlərdə sülhün tərəfdarı kimi çıxış edirdi. Bununla belə, cənab Prezident İlham Əliyev 2003-cü ildən bəri keçən müddət ərzində xalqa etdiyi bütün müraciətlərində hər zaman deyirdi ki, biz torpaqlarımızı müharibə yolu ilə qaytarmağa hazır olmalıyıq. Bu hazırlığı təmin etmək üçün dövlət başçımız bütün potensialları səfərbər etdi. Həyata keçirilən xarici və daxili siyasət Azərbaycanın həm siyasi müstəvidə, həm də hərbi cəhətdən güclənməsinə şərait yaratdı. Əgər Ermənistan rəhbərliyi və onun arxasında duran bəzi xarici qüvvələr Azərbaycan Prezidentinin sözlərinə qulaq assaydı, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Vətən müharibəsinin davam etdiyi qırx dörd gün ərzində Azərbaycana müxtəlif yerlərdən, müxtəlif paytaxtlardan təzyiqlər göstərilirdi, təhdidlər səsləndirilirdi. Lakin heç bir təhdid Azərbaycan Prezidentinin polad iradəsini sarsıda bilmədi, Azərbaycan xalqını haqq yolundan döndərə bilmədi. Noyabr ayının 10-da hərbi əməliyyatların dayandırılması da Azərbaycanın öz seçimi idi və tarix göstərdi ki, bu ən doğru qərar idi. Ermənistanın faktiki olaraq kapitulyasiya aktını imzalamasından sonra müharibənin dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarılsın. Bununla da minlərlə gəncimizin həyatı xilas edildi. Artıq o zaman Ali Baş Komandan bir gün Xankəndidə, Xocalıda və digər ərazilərimizdə də Azərbaycan bayrağını qaldıracağına tam əmin idi. Məhz bu məqsədə nail olmaq üçün müharibədən sonra Silahlı Qüvvələrimiz dərhal Qarabağ bölgəsində bütün vacib olan məntəqələrə yerləşdirildi. 2020-2023-cü illər ərzində keçirilmiş bir neçə hərbi əməliyyat əslində Ermənistanın siyasi rəhbərliyinə də bir siqnal idi ki, onlar kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməli və ilk növbədə öz silahlı qüvvələrini Qarabağdan çıxarmalıdırlar. Lakin rəsmi İrəvan bu dəfə də xarici havadarlarının istəyinə görə hərəkət etdi. Bu səbəbdən 2023-cü ilin 19 sentyabr tarixində antiterror əməliyyatına başlayan Azərbaycan Ordusu növbəti dəfə peşəkarlıq və qəhrəmanlıq göstərərək qısa müddət ərzində qarşıya qoyulmuş bütün vəzifələri icra etdi. Bununla da ermənilərin 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qanunsuz separatçı rejim ləğv olundu. Azərbaycan isə artıq istisnasız bütün ərazilərində dövlətin konstitusiya quruluşunu və tam süverenliyini təmin etdi. Gülər Sultanzadə, YAP Yasamal rayon təşkilatının fəal üzvü. Geri dön |