Ana Sayfa > Siyasət / Özəl > Cənab Prezident İlham Əliyev: Heç vaxt şübhə etmirdim ki, Bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək

Cənab Prezident İlham Əliyev: Heç vaxt şübhə etmirdim ki, Bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək


10-11-2023, 09:05. Yazar: sevinc1
Cənab Prezident İlham Əliyev: Heç vaxt şübhə etmirdim ki, Bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək

Ermənistan rəhbərliyinin davamlı təxribatları nəticəsində 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük müharibə zamanı 5 şəhər (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa), 300-ə yaxın kənd, qəsəbə və mühüm yüksəkliklər işğaldan azad olunaraq Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçdi, Azərbaycan-İran sərhədinə nəzarət bərpa edildi.
Ordumuz Şuşini azad edəndən sonra Ermənistanda və dünya erməniləri sırasında nə qədər sarsıntı olduğunu hamımız yaxşı xatırlayırıq. Çünki hər kəs bilirdi ki, Şuşaya kim nəzarət edirsə, Qələbə də onundur. Bir gün sonra Ermənistan kapitulasiya aktına imza ataraq, üzrənə bir sıra öhdəliklər götürdü. Ağdam, Kəlbərcər, Laçın 1 güllə atılmadan azad edildi. Müdrik Prezident, Müzəffər Ali Baş Komandan İlahm Əliyevin dediyi kimi: "44 günlük müharibənin 10 noyabr 2020-ci il tarixində dayandırılması imkan verdi ki, Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan bizə qaytarıldı. Bu, Ermənistanın imzaladığı kapitulyasiya aktının tərkib hissəsi idi və bizim tələbimiz idi. Ermənistan bu tələbi yerinə yetirməyə məcbur olmuşdu. Çünki döyüş meydanında Azərbaycan Silahlı Qüvvələrinin gücünü və Azərbaycan siyasi rəhbərliyinin siyasi müstəvidə iradəsini görmüşdür. Ağdam, Laçın, Kəlbəcər rayonlarının bir güllə atılmadan azad edilməsi minlərlə gəncimizin həyatını xilas etdi. Biz onsuz da o bölgələri də döyüş meydanında azad edəcəkdik. Ancaq şəhidlərimizin sayı daha çox ola bilərdi". Ölkə başçısı bir dah göstərdi ki, onun üçün hər bir Azərbaycan əsgərinin və zabitinin həyatı daha önəmlidir. Bütün gedişləri, çoxtərəfli imkan və situasiyaları dəqiqliklə hesablayaraq, təhlil edərək verdiyi tarixi qərarlarla xalqı ancaq Qəlbəyə, İnkişafa, Tərəqqiyə aparan Lider İlham Əliyev bu dəfə də haqlı olduğunu sübut etdi.
"O zaman Silahlı Qüvvələrimiz Xankəndinin bir addımlığında idi. O vaxt müharibənin dayandırılması bizim şüurlu seçimimiz idi. Bu gün burada - Xankəndi şəhərinin mərkəzi meydanında hərbi parad keçirməyimiz - Bunun nə qədər düzgün və müdrik addım olduğunu bir daha göstərir”, - deyən dövlətimizin başçısı üç il əvvəl baş vermiş hadisələri xatırlatdı. Və yenə də onun dediklərinin hamısını mübahisə etmək mümkün olmadığı barədə sadə düşüncəyə qapılırsan. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi bəsirətinə, uzaqgörənliyinə, təcrübəsinə ancaq heyran olmaq olar. Bircə onu qeyd edim ki, Xankəndindəki paradda Azərbaycan Silahlı Qüvvələri tərəfindən qənimət kimi götürülmüş erməni hərbi texnikasının bir hissəsi nümayiş etdirilib. Bu, bizə “mülki əhali”nin deyil, yaxşı silahlanmış erməni qeyri-qanuni birləşmələrinin müqavimət göstərdiyini daha bir nümayiş etdirmək üçün vacib idi. Onlar hətta 44 günlük müharibə başa çatdıqdan sonra da həm Ermənistan rəhbərliyi, həm də dünya erməniləri tərəfindən maliyyələşdirilməyə və silahlanmağa davam etdilər. Bəs bütün bu təxribatçı fəaliyyətin nəticəsi nə oldu? Bütün dünya bunu görə bilər. Qarabağ xuntası özünü dağıtdı, onun keçmiş rəhbərləri Bakıdadırlar və ədalətli məhkəməni gözləyirlər. Xankəndində isə Azərbaycanın Prezidenti, Ali Baş Komndanı Qələbə Gününə həsr olunmuş hərbi paradı qəbul etdi. "Uzun illər işğal zamanı Azərbaycan xalqı bir məqamı hədəfləyib ki, torpaqlarımız tezliklə işğalçılardan azad edilsin. Biz bu müqəddəs günü hər gün, hər saat öz zəhmətimizlə, əməyimizlə yaxınlaşdırdıq". Bunu Azərbaycan Prezidenti işğaldan azad edilmiş Xankəndində ddi. Gördüyümüz kimi, zəfərli siyasəti bütün dünyada tanınan və öyrənilən dahi strateq-taktik Azərbaycanın tarixi təntənəsində şəxsi xidmətləri haqqında bir kəlmə belə demədi və bu həmişə belədir. Azərbaycan Prezidenti İlham Əliyevin düz bir il əvvəl, elə həmin Qələbə Günündə dediklərini yada salaq. “Biz təkcə ərazi bütövlüyümüzü deyil, həm də milli qürurumuzu, milli ləyaqətimizi bərpa etmişik. Ona görə də, əziz hərbçilər, biz sizə borcluyuq, sizin kimi on minlərlə əsgər və zabitə borcluyuq və bunu Azərbaycan xalqı yaxşı bilir. Mən Ali Baş Komandan kimi sizinlə fəxr edirəm”. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin çıxışında ən mühüm, ən təsirli məqam idi. Bu, ordusu ilə fəxr edən bir komandirin sözləri idi. Bu, oğulları ilə fəxr edən atanın sözləri idi. Belə bir tarixi şəxsiyyətin dövlətimizin başında olması isə Azərbaycan üçün yeni, parlaq uğurların təminatıdır.
Bu gün alnı açıq, başı dik və fəxrlə - mən bütöv və suveren Azərbaycan vətəndaşıyam- deyirirk.Bütün bunlara nail olmağımızda Azərbaycan Prezidenti İlham Əliyevin şəxsiyyətinin rolu qeyd-şərtsizdir. Onun qlobal lider kimi bacarıqları, strateji yanaşması, yüksək intellekt səviyyəsi, xalqına və vətəninə sevgisi və misilsiz diplomatik bacarığı sayəsində 30 ilə yaxın davam edən erməni işğalına son qoyuldu. O bir tərəfdən öz siyasi iradəsini nümayiş etdirir, bir tərəfdən hərbi strateji vəzifənin icrasında yüksək peşəkarlıq göstərir, digər tərəfdən isə öz gündəmini beynəlxalq səviyyədə təbliğ etmək, dövlətçiliyi və xalqı müdafiə etmək üçün bütün diplomatik bacarığını sərgiləyir.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Geri dön