Ana Sayfa > Manşet / Siyasət / Özəl / Seçilənlər-9 / Parlament > Eltun Süleymanov: “Zəfər parad ərazi bütövlüyümüzün simvoludur"
Eltun Süleymanov: “Zəfər parad ərazi bütövlüyümüzün simvoludur"9-11-2023, 18:36. Yazar: sevinc1 |
“1990-cı illərdə baş verən müharibə nəticəsində Cənubi Qafqazda yerləşən və müxtəlif dövrlərdə etnik zəmində müharibələrə meydan olan Qarabağ bölgəsi və ona bitişik ərazilər ermənistanb tərəfindən işğal olundu. Azərbaycan illərlə bu problemin qan tökülmədən həllini tapmağa çalışırdı.. Lakin Ermənistanın təxribatçı hərəkətləri məsəlnin müharibə yolundan başqa həll yolu qoymadı. Nəticədə 44 günlük müharibədə Azərbaycan xalqı və onun ordusu tam bir Zəfər nümayiş etdirdi. Elə bir qələbə qazanıldı ki, müasir hərb sənətində mahir olanlar belə Şuşa əməliyyatına mat qaldılar. Azərbaycan xalqı nəyə qadir lduğunu bir daha göstərdi. Dünyaya sübut elədik ki Türkün torpağını işğal edənin anası ağlar qalar. Bu qələbə ona görə möhtəşəmdir ki, biz təkcə hərbi müstəvidə deyil, həm də siyasi müstəvidə qələbə qazandıq. Eyni zamanda, Azərbaycanın Qələbəsi müasir tarixdə epoxal əhəmiyyətlidir. Çünki 30 illik münaqişənin silah gücü ilə həlli praktikasında ilk dəfə erməni təxribatına cavab olaraq Azərbaycan “Dəmir yumruq” əməliyyatını həyata keçirdi. Əks-hücumla Azərbaycan Ordusu düşməni düz çökdürdü, Ermənistanı kapitulyasiya aktına imza atmağa məcbur etdi. Ulu Öndər Heydər Əliyevin arzusunu Prezident, Ali Baş Komandan İlham Əliyev həyata keçirdi, onun rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu erməni işğalına son qoydu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın icrasını gözləyən dörd qətnaməsinin tələblərini yerinə yetirmək missiyasını öz üzərinə götürərək beynəlxalq hüququ pozan Ermənistanı cəzalandırdı. Bu gün Xankəndində keçirilən hərbi parad isə qələbənin məntiqi nəticəsidir.” Bu sözləri aia.az-a verdiyi açıqlamada Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib. Müsahibimiz bildirib ki, noyabrın 8ş-də Xankəndində keçirilən parad bir daha göstərdi ki, Azərbaycan xalqı yenilməzdir, onun güclü ordusu, , Müzəffər Ali baş Kimandanı və Vətənə bağlı olan, hər qarış torpaq uğrunda ölməyə hazır olan oğulları var! Möhtəşəm paradda çıxış edən ölkə başçısı bu günə qədər baş verən prosesləri təhlill edərək dedi: “İyirmi il bundan əvvəl Prezident kimi öz fəaliyyətimə başlayanda əziz xalqıma bildirmişdim ki, biz torpaqlarımızı müharibə yolu ilə azad etməyə hazır olmalıyıq. O vaxt hələ sülh danışıqlarına müəyyən ümidlər var idi. Ancaq illər keçdikcə bu ümidlər tükənirdi. Ermənistan öz xoşu ilə bizim torpaqlarımızdan çıxmaq istəmirdi. Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması ilə məşğul olmuş vasitəçilər faktiki olaraq vəziyyəti dondurmağa çalışırdılar, hesab edirdilər ki, Azərbaycan xalqı bu vəziyyətlə barışacaq. Ancaq Azərbaycan xalqı heç vaxt bu vəziyyətlə barışmaq fikrində deyildi və mən dəfələrlə bunu müxtəlif kürsülərdən bəyan etmişdim ki, biz bu vəziyyətlə barışmayacağıq. Azərbaycan torpağında ikinci erməni dövlətinin yaradılmasına icazə verməyəcəyik, danışıqlar nəticəsiz başa çatsa, güc tətbiq edərək beynəlxalq hüquq əsasında öz doğma torpaqlarımızı döyüş meydanında işğalçılardan azad edəcəyik. Əgər Ermənistan rəhbərliyi və onun arxasında o vaxt və bu gün duran bəzi xarici qüvvələr mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Mən dəfələrlə deyirdim, Ermənistan rəhbərliyinə müraciət edərək deyirdim ki, əgər siz bizim torpağımızdan çıxmasanız, döyüş meydanında bizimlə üz-üzə gələcəksiniz və sizin arxanızda kim istəyirsə dursun, bu, bizi haqq yolumuzdan döndərə bilməz. 44 günlük Vətən müharibəsi bunu bir daha göstərdi.” Son üç ildə baş verən hadisləri bir daha xatırladan cənab prezident bütün səylərə baxmayaraq ermənilərin revanşist siyasət yürüdərək yeni işğal planalrı həyata keçirmək cəhdlərini xatırladaraq bildirdi: “Son üç il ərzində keçirilmiş hərbi əməliyyatlar, o cümlədən Fərrux əməliyyatı, Sarıbaba-Qırxqız əməliyyatı və digər hərbi əməliyyatlar həm bizim strateji mövqelərimizi böyük dərəcədə yaxşılaşdırmışdır. Eyni zamanda, Ermənistana göndərilmiş bir mesaj idi ki, bizi heç kim və heç nə dayandıra bilməz, Qarabağ Azərbaycan torpağıdır və burada vəziyyəti biz diktə edirik və siz dərhal silahlı qüvvələrinizi bizim torpaqlarımızdan çıxarmalısınız. Əgər o vaxt mənim sözümə baxsaydılar, sentyabr ayında keçirilmiş antiterror əməliyyatına ehtiyac qalmazdı. Onların bütün bəlalarının səbəbkarları elə onların özləridir. Onların bəlaları təkcə üç il bundan əvvəl başlamayıb, hələ 1990-cı illərin əvvəlində başlayıb. O vaxt Azərbaycanın çörəyini yemiş, Azərbaycanın suyunu içmiş nankor kütlə Azərbaycana qarşı, bax, bu meydanda ərazi iddiası qaldırmışdır. Bax, bu binada - Azərbaycan dövləti tərəfindən vaxtilə inşa edilmiş binada Azərbaycana qarşı məkrli planlar hazırlanırdı. Erməni xalqının bəlalarının səbəbkarları Ermənistana rəhbərlik etmiş bütün şəxslərdir. Onlar hesab edirdilər ki, bizim torpaqlarımızı əbədi işğal altında saxlayacaqlar. Özləri buna o qədər inanmışdılar, xarici tərəfdaşları da inandırmağa çalışırdılar ki, onların güclü orduları var, onların güclü potensialı var, güclü himayədarları var və Azərbaycan heç vaxt torpaqları hərbi yolla azad etməyə cürət etməyəcək. Onların dəyirmanına su tökənlər, bu gün də onların arxasında dayanmış bəzi ölkələr bu məsuliyyəti onlarla 100 faiz bölüşürlər. Biz isə deyirdik ki, heç vaxt bu vəziyyətlə barışmayacağıq və bunu gizlətmirdik. Bizə nə qədər deyilmişdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin hərbi həlli yoxdur. Mən isə deyirdim ki, sülh yolu ilə bu məsələ həll olunmasa, bizim başqa çarəmiz qalmayacaq və 44 gün ərzində göstərdiyimiz qəhrəmanlıq, peşəkarlıq, əfsuslar olsun ki, Ermənistan rəhbərliyinə dərs olmadı. Sentyabr ayında keçirilmiş antiterror əməliyyatı cəmi bir gün, ondan da az çəkdi. Azərbaycan Ordusu peşəkarlıq və qəhrəmanlıq göstərərək, bütün strateji yerlərə çıxaraq, qısa müddət ərzində o əməliyyatın taleyini həll etdi və düşmən ordusu təslim olmağa məcbur oldu. Nəinki təslim oldu, hətta 30 il bundan əvvəl bizim torpağımızda yaratdıqları qondarma rejimə də xitam verildi, o rejim də süqut etdi, halbuki bu, qanunsuz rejim idi. Beləliklə, biz tarixi ədaləti bərpa etdik. 20 sentyabr 2023-cü il bizim tariximizdə qalacaq, necə ki, 8 Noyabr. Noyabrın 8-də Şuşa əməliyyatından sonra düşmən ordusunun beli qırıldı və bir gün sonra kapitulyasiya aktına imza atdı. Bu il aprelin 23-də biz Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədini nəzarətə alaraq ərazi bütövlüyümüzü tam bərpa etdik və sentyabrın 20-də dövlət suverenliyini tam bərpa etdik. Bununla separatçıların kitabı bağlandı. Artıq Azərbaycanda separatçılığa yer olmayacaq. Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları bu gün, bax, bu meydanda dayanan bizim igidlərimizdir və on minlərlə Azərbaycan hərbçiləridir. Onların qanı-canı bahasına biz bu Qələbəni əldə etmişdik.” Eltun Süleymanov sonda qeyd edib ki, “Xankəndində keçirilən parad Axalqımız üçün qürurdur, fəxrdir. Dövlətimizin başçısının Xankəndi paradında çıxışı, səsləndirdiyi bəyanatlar bizə bir daha qalibiyyətin, yenilməzliyin qürurunu yaşatdı. Milli Ordumuzun addım səsləri. Cənab Prezidentin möhtəşəm çıxışı bizə yeni bir Zəfər sevinci yaşatdı . Xankəndidə qalib ordunun Zəfər paradı bütün anti-Azərbaycan qüvvələri üçün ərazi bütövlüyümüzün simvolu oldu.” Geri dön |