Ana Sayfa > Siyasət / Özəl > 10 noyabr Bəyanatı Azərbaycanın qələbəsini rəsmiləşdirdi
10 noyabr Bəyanatı Azərbaycanın qələbəsini rəsmiləşdirdi9-11-2023, 15:41. Yazar: sevinc1 |
2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan dövlətçilik tarixinin ən şərəfli səhifələri yazıldı. Daha doğrusu, rəsmi Bakı 30 il aktiv fazada davam edən və ən azı 100 il mövcud olmuş problemi 44 gündə həll etməklə dünya hərb və siyasət tarixində bir ilkə imza atdı. Onu da Azərbayca Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyanla birgə imzaladığı 10 noyabr Bəyanatı ilə rəsmiləşdirdi. Şübhəsiz, Ermənistan bu addımı öz xoşu ilə atmadı. Təcavüzkar ölkə Azərbaycanın “dəmir yumruğ”unun təsiri altında Bəyanatı imzalamağa məcbur oldu. Prezident İlham Əliyevin həmin Bəyanatın imzalanmasından sonra xalqa müraciətində dediyi kimi, həmin gün ölkəmiz üçün tarixi gün oldu. Bu mənada sözügedən Bəyanatı həmişə ölkəmizin maraqlarından çıxış edən, Azərbaycana tarixin ən böyük Zəfərini qazandıran Prezident İlham Əliyevin növbəti diplomatik qələbəsi, Ermənistanın diplomatik müstəvidə növbəti məğlubiyyəti kimi dəyərləndirmək olar. 44 günlük müharibəni sona çatdıran üçtərəfli Bəyanata yaxından nəzər saldıqda aydın şəkildə müşahidə olunur ki, Bəyanat tamamilə qalib ölkənin - Azərbaycanın maraqlarına uyğundur. Doqquz maddədən ibarət üçtərəfli Bəyanata əsasən, Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının sülhməramlı kontingenti yerləşdirildi, Azərbaycan bir güllə belə atmadan, heç bir itki vermədən işğal edilmiş torpaqlarının qalan hissəsini, yəni Ağdam, Laçın və Kəlbəcər rayonlarını da erməni vandallarından azad etdi, məcburi köçkünlərin dogma obalarına qayıdışına nail oldu. Hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti və abadlıq, Böyük Qayıdışa hazırlıq işləri üçtərəfli Bəyanatın töhfəsidir. Artıq keçmiş məcburi köçkünlər - bu torpaqların əsl sahibləri Laçın və Füzuli şəhərlərinə və üç kəndə qayıdıblar. Ümumilikdə, 2026-cı ilin sonunadək Qarabağa və Şərqi Zəngəzura 140 mindən artıq insanın qayıdışı nəzərdə tutulur. 10 noyabr Bəyanatında artıq tarixin arxivinə atılmış “Dağlıq Qarabağ”ın statusu haqqında bir kəlmə belə əksini tapmadı. Hətta “Dağlıq Qarabağ münaqişəsi” ifadəsi işlədilmədi. Bununla da statusun müəyyən edilməsi məsələsi, o cümlədən status- kvo tarixin arxivinə getdi, keşmiş Dağlıq Qarabağ inzibati ərazisində yeni erməni dövlətinin yaradılması planları alt-üst edildi. Bəyanatı 4-cü bəndində deyilirdi ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Amma erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması təmin edilmirdi. Azərbaycan bunu da özü təkbaşına reallaşdırdı. Belə ki, xəbərdarlıqlardan nəticə çıxarmayan erməni separatçılarına və terrorçularına qarşı bu il 19-20 sentyabr tarixlərində antiterror tədbirləri həyata keçirildi. Nəticədə oradakı separatçılar pərən-pərən oldular, üstəlik qondarma rejim birdəfəlik cəhənnəmə vasil oldu. Bununla da bütün Qarabağ üzərində Azərbaycan dövlətinin suverenliyi tam bərpa edildi. Bu hər şeydən əvvəl dövlətimizin böyük qələbəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasətinin təntənəsi kimi tariximizə əbədi həkk olundu. Azərbaycanın Qarabağda öz konstitusion hüquqlarını bərqərar etməsi başda Fransa olmaqla dünya erməniliyinin etirazları ilə müşayiət edilsə də, bunların heç bir faydası olmadı. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü Geri dön |