Ana Sayfa > Özəl > Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi
Müstəqil Azərbaycanın Dövlət Bayrağının rəsmiləşdirilməsi9-11-2023, 10:02. Yazar: sevinc1 |
Azərbaycanda üçrəngli dövlət bayrağı ilk dəfə 1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilmişdir. 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir. Bu bayraq ikinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilmiş və Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilmişdir. Eyni zamanda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edilmişdir. Ulu Öndər Heydər Əliyevin Naxçıvan MR Ali Məclisinin dövlət bayrağı ilə əlaqədar qəbul etdiyi qərara dair fikri: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı. İndiki dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib.Və bu səbəbdən də 2007 -ci ildən hər il bu gün təntənəli şəkildə" Bayraq Günü"olaraq qeyd edilir. Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. Milli birlik demişkən ,hər bir xalq öz milli -mənəvi dəyərləri ilə yaşayır.Bunlar torpağımız,milliyətimiz,dilimiz,dinimiz,gerbimiz,himnimiz və bayrağımızdır.Bunlardan hər hansı birinə nəsə olmağina imkan verməməli,onları göz bəbəyimiz kimi qorumalıyıq.. Bugün biz qazandığımız bu Zəfəri və al qırmızıdakı o hilalı haqqımızla da yasatmalıyıq.Türk elinin əzəldən adətidir ki,ölsə də bayrağı yerə düşməyə qoymaz.Çünki bayraq müqəddəsdir.O , türkçülüyümüz , mənəviyyatımız,ebediyyatımızdır.Xülasə ,o müqəddəsdir.Şəhid qani ilə boyanmış bayraq hər zaman zirvələrdə dalğalanmalıdır. Mən də bir müəllim kimi hər zaman yetirmələrimə bu dəyərləri xatırladıram ki,bu xalqın hər əziyyətini unutmasınlar.Dəyərlərimizi daima qorusunlar. Yalnız o zaman - "Bir kərə yüksələn bayraq,bir daha yerə enməz!" Sən yaşa ,əziz Vətən, Körpə könüllərində. Dalğalan gözəl bayraq, Məğrur baxışlarınla Ən uca zirvələrdə. Çinarə Rüstəmova Yeni Azərbaycan Partiyası Zəngilan Rayon Təşkilatının fəal üzv Geri dön |