Ana Sayfa > Gündəm > İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb
İŞİD-ə qoşulmaq istəyən azərbaycanlılar saxlanılıb9-09-2016, 12:29. Yazar: admin |
Türkiyənin Suriya ilə sərhəd Hatay vilayətində antiterror əməliyyatı zamanı İŞİD-ə qoşulmaq istəyən bir qrup Azərbaycan vətəndaşı həbs olunub. Həmin şəxslər Hatayın Reyhanlı qəsəbəsində yaxalanıblar. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, İŞİD-ə mənsub olan 10 Azərbaycan və bir Misir vətəndaşı saxlanıldıqdan sonra müayinə üçün xəstəxanaya aparılıb, daha sonra isə Hatay polisinin təcridxanasına yerləşdirilib. Onlar barəsində hansı tədbirin görüləcəyi daha sonra müəyyənləşdiriləcək. Geri dön |