Ana Sayfa > Ölkə / Seçki 2024 > YAP Şirvan şəhər təşkilatı “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.

YAP Şirvan şəhər təşkilatı “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.


7-11-2023, 20:49. Yazar: sevinc1
YAP Şirvan şəhər təşkilatı “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.

07.11.2023-cü il tarixdə YAP Şirvan şəhər təşkilatının inzibati binasında Zəfər Gününə həsr olunmuş “Zəfərə aparan yol” mövzusunda tədbir keçirilib.

aia.az xəbər verir ki, tədbirdə YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP ərazi partiya təşkilatlarının sədrləri, M.Osmanov adına 20 saylı tam orta məktəbin müəllimləri və şagirdləri iştirak ediblər.

Tədbiri YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov açıq elan edib. Öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, suverenliyi və tarixi torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə canından keçmiş bütün şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir M.Osmanov adına 20 saylı tam orta məktəbin şagirdlərinin ədəbi-bədii kompozisiya ilə davam edib.

Sonra YAP Şirvan şəhər təşkilatının hazırladığı 8 noyabr - Zəfər Gününə həsr olunmuş videoçarx izlənilib.
Məruzə ilə çıxış edən YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov bildirib ki, 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan torpaqlarının azad edilməsi üçün yeni mərhələnin başlanğıcı oldu. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi, böyük siyasi iradəsi, möhtəşəm diplomatik addımları ilə Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində böyük Qələbə qazanması və ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi müasir tariximizin ən parlaq və şanlı səhifəsidir. Rəşadətli Azərbaycan Ordusunun igid əsgər və zabitləri öz canları, qanları bahasına düşmən üzərində tam və qəti Qələbə qazanmaqla dünyanın hərb tarixinə yeni qəhrəmanlıq səlnaməsi yazdılar.
Daha sonra çıxış edən YAP ərazi partiya təşkilatlarının sədrləri Rəfiqə Rzayeva, Əminə Əliyeva və Fəridə Yahyayeva ordumuzun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən müharibəsində əldə etdiyi şanlı qələbədən,

Zəfər Gününü bizə yaşadan Ali Baş Komandanın uğurlu siyasətindən və qəhrəman əsgərlərimizin şücaətindən bəhs ediblər.
Geri dön