Ana Sayfa > Özəl / Qərbi Azərbaycan > Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Zəfər gününə həsr olunan tədbir keçirilib
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Zəfər gününə həsr olunan tədbir keçirilib7-11-2023, 18:24. Yazar: sevinc1 |
Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında Zəfər gününə həsr olunan tədbir keçirilib. aia.az xəbər verir ki, tədbirdə Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbirdə “Zəfər günü” adlı videoçarx nümayiş olunub. Açılış nitqi ilə çıxış edən Akademik M.Ə. Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi Sərdar Əsədov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etməsini vurğulayıb: “Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri 44 gün davam edən Vətən müharibəsində heyrətamiz qələbələr əldə edərək dünya hərb tarixinə şanlı səhifə yazıblar. İşğalçı qüvvələrə ağır zərbələr endirilmiş, onların çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.Vətən müharibəsinin ən şərəfli səhifələrindən biri noyabr ayının 8-də Qarabağın incisi və tacı, Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşanın əsarətdən xilas edildiyi gün olub”. Daha sonra çıxış edən Respublika Klinik Xəstəxanasının həkim-cərrahları Elçin Mirzəyev, Pənah Hüseynov və Tərlan Rüstəmov 44 günlük müharibədə gördüklərini və öz təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüblər. Geri dön |