Ana Sayfa > Təhsil > Birincilərin məktəb qorxusunu necə azaldaq?
Birincilərin məktəb qorxusunu necə azaldaq?9-09-2016, 12:26. Yazar: admin |
Yeni dərs ilinin başlamasına sayılı günlər qalıb. Hər il olduğu kimi, bu il də birincilər məktəbə adaptasiya problemi yaşayacaqlar. Bunun baş verməməsi üçün pedaqoq və psixoloqların bəzi məsləhətləri var. Məktəb başlamamış bəzi birincilər məktəbə getmək istəmədiklərini deyirlər. Balacaların adaptasiya problemi yaşamaması üçün onlara psixoloji dəstək göstərmək lazımdır. Mütəxəssislərə görə, məktəbə psixoloji hazırlıq vacib məsələdir. Əksər hallarda davranışlarını idarə edə bilməmək bağçaya getməyən birincilərdə müşahidə olunur. Bağçaya gedənlər isə gülərüz və mehriban tərbiyəçidən sonra daha ciddi və işgüzar bir münasibətlə qarşılaşırlar. Bu baxımdan da uşağın məktəb həyatı bütövlükdə müəllim şəxsiyyəti ilə əlaqədar olur. Şagird olmaq onun uşaqlığına son qoymamalıdır. Mütəxəssislərə görə valideyn, uşağa dərs prosesində şagird, ondan kənarda isə uşaq olmağa şərait yaratmalıdır. Yeni dərs ilinin ilk bir-iki ayında davranışları qaydaya düşməyən uşağın isə psixoloq yanına aparılması məsləhət görülür. Geri dön |