Ana Sayfa > Özəl > Litva Prezidenti Nauseda: Ukrayna xarici siyasətdə prioritet olaraq qalmalıdır
Litva Prezidenti Nauseda: Ukrayna xarici siyasətdə prioritet olaraq qalmalıdır7-11-2023, 15:18. Yazar: sevinc1 |
Litva prezidenti Gitanas Nauseda bildirib ki, ölkənin diplomatik xidmətinin bütün səyləri Kiyevə tam dəstəyin səfərbər edilməsinə yönəlməlidir. Litvanın diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşdə o, Litva üçün Ukraynanın əhəmiyyətinin “ekzistensial olaraq qaldığını” qeyd edib, dövlət başçısının mətbuat xidməti xəbər verir.Litva prezidentinin sözlərinə görə, dünyanın müxtəlif yerlərində alovlanan münaqişələr beynəlxalq ictimaiyyətin diqqətini Ukrayna hadisələrindən yayındırır. “Ukraynanın bizim üçün əhəmiyyəti var idi, var və olacaq. Və diplomatik xidmətin bütün səyləri bu prioritetə yönəldilməlidir. Müharibə yorğunluğuna nə olursa olsun dözmək olmaz. Biz ardıcıl olaraq Ukraynaya hərtərəfli beynəlxalq dəstəyi səfərbər etməyə davam etməliyik...” Nauseda bildirib.O, həmçinin Rusiyanın Ukraynadakı münaqişəyə görə məsuliyyəti məsələsinin beynəlxalq səviyyədə gündəmə gətirilməsinin, habelə Kiyevin Aİ və NATO-ya qoşulması perspektivinin dəstəklənməsinin vacibliyini qeyd edib. Bundan əvvəl Yaponiyanın xarici işlər naziri Yoko Kamikava bildirmişdi ki, G7 dövlətləri Yaxın Şərqdə münaqişənin kəskinləşməsinə baxmayaraq, Ukraynanı dəstəkləməyə davam edəcəklər. aia.az Tərcümə şöbəsi Geri dön |