Ana Sayfa > Siyasət > Millət vəkilləri ABŞ-a gedəcək
Millət vəkilləri ABŞ-a gedəcək7-11-2023, 12:19. Yazar: sevinc1 |
![]() Milli Məclisin İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anatoliy Rafailov noyabrın 12-də ABŞ-nin Vaşinqton şəhərinə səfər edəcək. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Səfər çərçivəsində millət vəkili Yəhudi Parlamentarilərin Beynəlxalq Şurasının forumunda iştirak edəcək. Forumda parlamentarilər arasında dialoq və əməkdaşlıq, demokratiya prinsiplərinin, insan haqlarının dəstəklənməsi və digər məsələlər müzakirə olunacaq. Səfər noyabrın 17-də başa çatacaq. aia.az Geri dön |