Ana Sayfa > Özəl > Zəfər səlnaməsi
Zəfər səlnaməsi7-11-2023, 11:36. Yazar: sevinc1 |
1918 -ci ildə Azərbaycan torpaqları hesabına dövlət yaradan ermənilər sonrakı dövürlərdə də öz mənfur,sinsi niyyətlərindən əl çəkmədilər.Azərbaycana ərazi iddiası irəli sürən ermənilər müxtəlif vaxtlar da torpaqlarımız hesabına öz ərazisini genişləndirdi. Böyük Ermənistan sevdasınan əl çəkməyən düşmən 1988 -1989 - cu illərdə Qərbi Azərbaycan( indiki Ermənistan) torpaqlarından soydaşlarımızı deportasiya etdilər.Deportasiyadan sonra əsrlər əvvəl çatmadıqlarını arzularını həyata keçirmək üçün müharibə elan etmədən 1992- ci il də Qarabağ torpaqlarına hücum edərək dövlətimizə qarşı müharibəyə başladılar.Öz havadarlarının köməyi ilə 1992-1993 - cü illərdə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edən mənfur düşmən 30 ilə yaxın 20 faiz torpaqlarımızı talan etdi, xarabalığa çevirdi çox hissəsini. Azərbaycan hər zaman münaqişəni sülh yolu ilə həll etmək istəsədə Ermənistan öz bədd niyyətindən əl çəkmir, təxribatlarına davam edir, sülh sazişini pozurdu. Nəhayyət 30 ilə yaxın nisgilə, torpaq həsrətinə son qoyuldu. 27 sentyabr 2020 - ci il.Düşmən yenədə növbəti təxribatını törətmək üçün bütün cəbhə boyu hücuma keçdi. Ali Baş Komandan İlham Əliyevin əmri ilə Azərbaycan ordusu həyata keçirdiyi ,,Dəmir Yumruq " əməliyyatı ilə cəmi 44 günə öz məharəti, döyüş taktikası ilə yeni bir hərb tarixi yazdı. Azərbaycan ordusu torpaqlarımızı düşmən tapdağından azad etdi.Ali baş komandan, prezident İlham Əliyevin dediyi kimi Qarabağ Azərbaycanın ədalət və milli qürur məsələsi idi və Azərbaycan ərazi bütövlüyü ilə yanaşı ədaləti və milli qürurunu bərpa etdi. İkinci Qarabağ müharibəsi Azərbaycanın zəfəri ilə dünyaya səs saldı. Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. Prezident İlham Əliyevin 2019-cu il oktyabrın 3-də ,,Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik toplantısı kimi mühüm beynəlxalq platformada qətiyyətlə söylədiyi “Qarabağ Azərbaycandır və nida işarəsi”44 günün ərzində xalq- ordud- dövlət birliyinin devizinə çevrildi.Ali baş komandan İlham Əliyevin fərmanı ilə artıq üçüncü ildiki Azərbaycanın cənnət yurdu, Qarabağın beşiyi Şuşanın azad olunduğu gün ,,Zəfər bayramı" günü kimi qeyd olunur. 44 günlük İkinci Qarabağ müharibəsi eyni zamanda xalq-dövlət-ordu birliyinin qələbəsidir Şanlı Zəfər tarixinin üçüncü il dönümü xalqımız üçün daha möhtəşəmlidi. Çünki şanlı ordumuzun 19 sentyabr 2023 - cü il tarixində cəmi 24 saat ərzində həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olundu. Zəfər günü münasibətilə Xankəndində keçiriləcək hərbi parad Azərbaycanın istər siyasi, istərsə də hərbi gücünün, göstəricisidi. Bu gün artıq şanlı ordumuzun şücaəti nəticəsində vaxtilə düşmən tapdağı altında olan Xankəndin də, Şuşada, Xocalıda, Xocavənddə,Laçında,Qubadlıda, Zəngilan da, Ağdamda,Füzulidə,Ağdərədə,Cəbrayıl da üçrəngli qürur mənbəyimiz dalğalanır. Ali Baş Komandanın rəhbərliyi altında quruculuq bərpa işləri aparılır. Böyük Qaydış proqramı çərçivəsində məcburi köçkünlər öz yurd-yuvalarına qaytarılaraq 30 ilə yaxın yurd həsrətinə son qoyulur. Bu gün bu Zəfəri bizə yaşadan, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, torpaqları uğurunda canından keçən bütün vətən oğullarının ruhu şaddır.Çünki Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunub, onların qanı axan torpaqlarda Vətən bayrağı dalğalanır. Bu zəfəri, bu fəxri bizə yaşadan cənnət qoxulu şəhidlərimiz ruhunuz şad olsun! Bu zəfərin canlı şahidləri qazilərimiz Tanrı sizi qorusun! Zəfərin mübarək anadan ötə,candan şirin Vətənim!!! Zəfərin mübarək şimalı cənublu Azərbaycanım!!!. Qasımova Həqiqət, YAP Zəngilan rayon təşkilatının fəal üzvü Geri dön |