Ana Sayfa > Qərbi Azərbaycan > Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı
Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başladı6-11-2023, 18:38. Yazar: sevinc1 |
aia.az xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Yeni Klinikada Doğum şöbəsi fəaliyyətə başlayıb. Belə ki, şöbədə artıq 2 noyabr tarixində icbari tibbi sığortanın Xidmətlər Zərfi daxilində ilk qeysəriyyə əməliyyatı həyata keçirilib. Otuz doqquzuncu həftəsində dünyaya gələn körpə və ana artıq evə yazılıb. Qeyd edək ki, 3 doğum otağı, 2 əməliyyatxana və 55 çarpayıdan ibarət olan şöbə hamilə pasiyentlərin qəbuluna başlayıb. Xatırladaq ki, 6 iyun 2022- ci il tarixindən icbari tibbi sığortanın tətbiq edildiyi Yeni Klinikaya hər bir Azərbaycan Respublikasının vətəndaşı müraciət edərək Xidmətlər Zərfi daxilində Mama-Ginekologiya şöbəsində göstərilən tibbi xidmətlərdən yararlana bilərlər. Geri dön |