Ana Sayfa > Özəl > Etirazçılar ABŞ hərbi təchizat gəmisinin "işğal olunmuş ərazilərə" getməsinə mane olublar
Etirazçılar ABŞ hərbi təchizat gəmisinin "işğal olunmuş ərazilərə" getməsinə mane olublar4-11-2023, 16:47. Yazar: sevinc1 |
Qəzza zolağına qarşı böyük ölümcül müharibə aparan ABŞ-ın İsrailə hərbi yardımına qarşı çıxan etirazçılar, işğal olunmuş ərazilərə silah çatdırmaq üçün nəzərdə tutulan hərbi təchizat gəmisinin yola düşməsinə mane olublar. Təxminən 200-ə yaxın etirazçı şənbə günü Oklend Limanına toplaşaraq, gəminin Vaşinqtona yola düşməsinə mane olub və gəminin işğal olunmuş ərazilər üçün nəzərdə tutulan silahlarla doldurulacağını bildirib. Bir neçə etirazçı yük lyukuna bərkidilmiş gəminin yan tərəfindəki nərdivanla qalxıb. Etiraz aksiyasını San-Fransiskoda yerləşən Ərəb Resurslarının Təşkilat Mərkəzi təşkil edib. Qrupun icraçı direktoru Lara Kiswani, "İcma gəminin İsrailə aparteid dövlətinə hərbi yük daşımaq üçün getdiyindən xəbərdar oldu ki, ekipaj üzvlərinin cəsarəti sayəsində bu işi qəbul etməməyə qərar verdilər" dedi. Etirazçı Becca Lewis, "Mən Qəzzada günahsız insanların soyqırımına dəstək olaraq İsrailə silah çatdırmağı planlaşdıran bu gəminin yola salınmasına etiraz edən bir qrupla Oakland limanındayam" dedi. "Məqsəd gəmi işçilərini silahların daşınmasından narahat olan insanların hərəkəti ilə həmrəylik nümayiş etdirməkdir" dedi. İsrailin ən böyük və ən qədim müttəfiqi olan ABŞ, Təl-Əvivin Qəzzaya qarşı hələ də davam edən müharibəyə başladığı 7 oktyabrdan bəri rejimə minlərlə silah partiyası göndərib. İsrailin sahilyanı ərazilərə soyqırım hücumlarının 28-ci günündə, cümə günü ölənlərin sayı 3826-sı uşaq və 2405-dən çoxu qadın olmaqla azı 9227 nəfərə çatıb. Ən azı 23 516 nəfər yaralanıb. Qəzzanın müqavimət qrupları son illərdə işğalçı quruma qarşı apardıqları ən böyük əməliyyat olan Əl-Əqsa Fırtınası əməliyyatını keçirdikdən sonra rejim müharibəyə başlayıb. Müharibə başlayandan bəri ABŞ "özünümüdafiə" vasitəsi kimi Təl-Əvivin Fələstin ərazisinə şiddətli hücumlarını dəstəkləyib. Vaşinqton həmçinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının işğalçı rejimi təcavüzünü dayandırmağa çağıran qətnaməsinə qarşı veto qoyur. aia.az Tərcümə şöbəsi Geri dön |