Ana Sayfa > Seçki 2024 > AMEA-da qəribə olay: baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı – QOCALAR DEYƏSƏN, ÇOX YORULUBLAR…

AMEA-da qəribə olay: baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı – QOCALAR DEYƏSƏN, ÇOX YORULUBLAR…


3-11-2023, 08:30. Yazar: sevinc1
AMEA-da qəribə olay: baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı – QOCALAR DEYƏSƏN, ÇOX YORULUBLAR…

 AMEA-da qəribə olay: baş direktor ola-ola vəzifəsi vakansiyaya çıxarıldı – QOCALAR DEYƏSƏN, ÇOX YORULUBLAR…
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Əlyazmalar Fondunun baş direktoru vəzifəsi vakansiyaya çıxarılıb.

aia.az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, təhsil müəssisəsi bununla bağlı müsabiqə elan edib.
Qeyd edilib ki, müsabiqədə vəzifəyə uyğun olaraq AMEA-nın həqiqi və müxbir üzvləri, elmlər doktorları, fəlsəfə doktorları iştirak edə bilərlər.
Müsabiqə elan edilməsinə baxmayaraq, hazırda AMEA Naxçıvan Bölməsi Əlyazmalar Fondunun baş direktoru filologiya elmləri doktoru Fərman Xəlilovdur.

O, açıqlamasında sözügedən vakansiyadan xəbərsiz olduğunu söyləyib. Bildirib ki, işdən çıxmayıb və hazırda işinin başındadır.
Geri dön