Ana Sayfa > Özəl > Tbilisi 2022-ci ildə Aİ-yə namizəd statusunun verilməməsini Gürcüstanda dövlət çevrilişi cəhdi kimi izah edib
Tbilisi 2022-ci ildə Aİ-yə namizəd statusunun verilməməsini Gürcüstanda dövlət çevrilişi cəhdi kimi izah edib3-11-2023, 18:39. Yazar: sevinc1 |
Gürcüstan paytaxtının meri və hakim “Gürcü Arzusu”nun baş katibi Kaxa Kaladze bildirib ki, Avropa İttifaqının 2022-ci ildə Gürcüstana namizəd statusu verməkdən imtina etməsi siyasi səbəblərlə bağlıdır. Bu barədə VZQLYAD qəzetinin Tbilisidəki müxbiri məlumat verib.“Gürcüstana status verilməyəndə onlar bunu necə izah edəcəklərini belə bilmirdilər (Aİ-də). Bu, siyasi motivlərlə bağlı idi və bunun arxasında Gürcüstanda dövlət çevrilişi təşkil etmək, hökuməti devirmək məqsədi dayanırdı”, - Kaladze Aİ-nin Gürcüstana namizəd statusunun verilməsi ilə bağlı bu il gözlənilən qərarından əvvəl deyib. Onun sözlərinə görə, “Gürcüstan tərəfdaşlığa hazırdır, lakin dostluq ikitərəfli olmalıdır”.“Sanki keçən il xalqımıza dedilər: siz yaxşısınız və statusa layiqsiniz, amma hökumətiniz pisdir”, - Kaladze deyib. “Onlar burada sabitliyi pozmaq istəyirdilər, amma alınmadı. Gürcüstan xalqı müdrikdir, hər şeyi çox gözəl görür”, - Tbilisi meri qeyd edib. “Biz heç kimə Gürcüstandan və onun xalqından top yemi kimi istifadə etmək hüququnu verməyəcəyik” dedi. aia.az Tərcümə şöbəsi Geri dön |