Ana Sayfa > Karusel / Gündəm / Özəl / Qərbi Azərbaycan > Bakı Ekspo Mərkəzində 3-cu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları - “Medinex” sərgisinə start verilib
Bakı Ekspo Mərkəzində 3-cu Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları - “Medinex” sərgisinə start verilib3-11-2023, 16:57. Yazar: sevinc1 |
Bakı Sağlamlıq Mərkəzinin İcraçı direktor Dos. Dr. Asiman Həsənov, tibbi və inzibati heyəti bu sərgidə işrak etmişdirlər. Sərgi ilə tanış olduqdan sonra müxtəlif şirkət nümayəndələri ilə görüşlər baş tutmuşdur. aia.az xəbər verir ki, sərginin təqdimat zonasında Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Tibbi İnnovasiyalar Forumu” təşkil olunmuşdur. Sərgidə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü ildönümünə həsr olunan oftalmologiya mövzusunda panel müzakirələr də baş tutmuşdur. Sərginin başlıca məqsədi səhiyyə sahəsində industriyanın ən müasir trendləri ilə tanış olmaq, sənaye mütəxəssisləri, sahibkarların işgüzar əlaqələrini inkişaf etdirmək, yeni tərəfdaşlıqlar qurmaq, aktual məlumatlar mübadiləsi aparmaqdır. Sözü gedən sərgidə ümumilikdə 14 ölkədən 100 şirkət qatılmışdır. İştirakçı ölkələr arasında Azərbaycanla yanaşı Türkiyə, Almaniya, Belarus, Cənubi Koreya, Çin, Əlcəzair, Rusiya, Fransa, Qazaxıstan, Qətər, Misir və s. ölkələr yer alıb. Baş tutan sərgidən görüntüləri Sizlərə təqdim edirik. Geri dön |