Ana Sayfa > Gündəm / Karusel > İradə Gülməmmədovanın rayonda rəhbər vəzifəyə irəli çəkilməsi...
İradə Gülməmmədovanın rayonda rəhbər vəzifəyə irəli çəkilməsi...3-09-2015, 16:32. Yazar: admin |
İradə Gülməmmədovanın rayonda rəhbər vəzifəyə irəli çəkilməsi bütün tərəqqipərvər Abşeron vətəndaşlarının ürəyincə olmuşdur Şübhə yoxdur ki, İradə xanım Abşeronun potensial imkanlarını səfərbər edib inkişafa, xalqın rifahına yönəltməyə nail olacaq, öz sələfi, çox hörmətli Fərəcov Zakir müəllimlə birgə başlamış olduqları tərəqqiyönlü işləri uğurlu sonluğa çatdıra biləcəkdir Son onilliklərdə qadınların cəmiyyət həyatının müxtəlif sahələrinin idarə olunmasında fəal iştirakının təmin edilməsi hüquqi dövlət, sivil cəmiyyət quruculuğunun başlıca şərtlərindən birinə çevrilib. Hər şeydən əvvəl bu, cəmiyyətdə gender tarazlığının təmin olunması, qadın əməyinin istismarı, onların diskriminasiyasının qarşısının alınması, zərif cinsin nümayəndələrinin ictimai həyatla inteqrasiyası yolundakı maneələrin aradan qaldırılması zərurətindən irəli gəlmişdir. Dünyanın qabaqcıl, vətəndaş cəmiyyətinin yetkin inkişafına nail olmuş ölkələrində artıq bu problem müəyyən dərəcədə öz aktuallığını itirib. Azərbaycanda sovetlər dövründə qadınlar məşğulluq səviyyəsinə görə daha çox sosial sferalarda – təhsil və mədəniyyət, səhiyyə sahəsində üstünlük qazanmışdılar və bu üstünlük hələ də qalmaqdadır. Di gəl, cəmiyyətdə müşahidə olunan tendensiyalar tezliklə gender bərabərliyinin tam təmin olunacağından müjdə verir. Azərbaycanda uzun illər ərzində formalaşmış, idarəetmənin, təşkilatçılığın daha çox “kişi işi olması” barədə sterotiplər sarsılmışdır. Belə stereotipin dəyişməsi zaman-zaman lider qadınların fəaliyyəti, xidməti sayəsində mümkün olmuşdur. Həmcinslərinə nümunə göstərilə biləcək belə lider qadınlardan biri də haqqında söz açacağımız Gülməmmədova İradə xanımdır. İradə Gülməmmədova Şuşada ziyalı ailəsində anadan olub. O, Şuşanın 4 nömrəli orta məktəbini bitirib. Ailədə 5 uşaq - 3 bacı, 2 qardaş olublar. Qardaşları Şuşan uğrunda gedən döyüşlərdə iştirak edib. Tibb Universitetinin məzunu olan İradə Gülməmmədova Abşeron Rayon Uşaq Poliklinikasında pediatr, daha sonra isə baş həkim işləyib. Bir müddətdən sonra isə Abşeron Rayonu Səhiyyə Şöbəsinin müdiri vəzifəsinə təyin edilib. 10 ilə yaxındır ki, Abşeron Rayon İcra Hakimiyyətində çalışan Gülməmmədova öncə icra hakimiyyətinin İctimai-siyasi və Humanitar məsələlər şöbəsində işləyib. Daha sonra həmin şöbə üzrə başçının müavini vəzifəsinə qədər yüksəlib. Azərbaycan Prezidentinin 02 sentyabr 2015-ci il tarixli sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, rayonla bağlı bir neçə kitabın məsləhətçisi və tərtibatçısı olan İ.Gülməmmədova həmçinin YAP Abşeron rayon təşkilatının İdarə Heyətinin üzvüdür. Ailəlidir, 2 övladı (1 qızı və 1oğlu) var. Çalışdığı icra hakimiyyətinin və tutduğu vəzifənin nüfuzunun təmin edilməsi məqsədilə öz vəzifə borcunu vicdanla, məsuliyyətlə, yüksək səviyyədə həyata keçirən İradə Gülməmmədova vətəndaşların, ictimaiyyətin etimadını qazanmışdır. O, həmişə ünsiyyətdə olduğu insanların şərəf və ləyaqətinə hörmətlə yanaşmış, lazım gəldikdə onlara psixoloji dəstək vermiş, fəaliyyətini sosial bərabərlik prinsipi əsasında qurmuşdur. Hər bir müraciət edən vətəndaşı nəzakətlə qəbul etmiş, onu səbr və təmkinlə dinləmiş, müvafiq izahatlar vermişdir. Rəhbərliyin tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirir, xidməti tabeçilik normalarını gözləyir. İradə xanım mütəmadi olaraq fəaliyyəti çərçivəsində öz biliklərini mükəmməlləşdirir, iş bacarığını, ixtisasını təkmilləşdirir, yeni biliklər əldə etmək üçün çalışır. Nümunəvi dövlət qulluqçusu olan İradə Gülməmmədova ələlxüsus dasosial cəhətdən həssas qrupa aid olan vətəndaşların qanunvericilikdə nəzərdə tutulmuş hüquq və azadlıqlarının maneəsiz reallaşması və hərtərəfli qorunmasına, onların sosial tələblərinin və maraqlarının təmin edilməsinə hərtərəfli yardım göstərir. Vicdanlılıq nümunəsi olan İ. Gülməmmədova daim özünün peşəkarlıq və fərdi məsuliyyətinin artırılması ilə qayğılanan dövlət qulluqçusu kimi öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində və peşəkarlıq səviyyəsində yerinə yetirmişdir. Etik davranışı və öz peşəkar fəaliyyəti ilə dövlət orqanlarına, hüquqi və fiziki şəxslərin inamını artırmağa və möhkəmləndirməyə çalışmış və buna müyəssər olmuşdur. Onun xidməti vəzifəsinə aid olmadığı hallarda, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinmişdirdir. Dövlət qulluğu ilə bağlı vəzifələrin icrası ilə bir araya sığmayan və onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmişdir. Azərbaycan Respublikasının, dövlət orqanının və dövlət qulluğunun nüfuzunu möhkəmləndirməyə, öz adını və şərəfini uca tutmağa özünü daim borclu sayan İradə xanım dövlət orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti barədə ictimaiyyəti məlumatlandıran kütləvi informasiya vasitələri nümayəndələrinin qanunla müəyyən edilmiş hallarda və qaydada doğru (dürüst) məlumatlar almasına köməklik göstərmişdir. İradə xanım insanların hüquq və azadlıqlarını, qanuni maraqlarını pozan, onların şərəf, ləyaqət və işgüzar nüfuzunu ləkələyə biləcək qərarlara və hərəkətlərə (və ya hərəkətsizliyə) yol verməmişdir.Xidməti vəzifəsini yerinə yetirərkən və ya qərar qəbul edərkən irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə, sosial mənşəyinə, əmlak və qulluq vəziyyətinə, dinə münasibətinə, əqidəsinə, ictimai və ya hər hansı digər birliyə mənsubiyyətinə görə hər hansı şəxsin və ya şəxslər qrupunun üstünlüyünə və ya belə üstünlüyün əldə edilməsi üçün şəraitin yaradılmasına yol verməmişdir. İradə Gülməmmədovanın rayonda rəhbər vəzifəyə irəli çəkilməsi bütün Abşeron vətəndaşlarının ürəyincə olmuşdur. İnanırıq ki, İradə xanım Abşeronun potensial imkanlarını səfərbər edib inkişafa, xalqın rifahına yönəltməyə nail olacaq, öz sələfi, çox hörmətli Fərəcov Zakir müəllimlə birgə başlamış olduqları tərəqqiyönlü işləri uğurlu sonluğa çatdıra biləcəkdir. Aia.az Geri dön |