Ana Sayfa > İqtisadiyyat > Türkiyədə inflyasiya azaldı
Türkiyədə inflyasiya azaldı3-11-2023, 13:17. Yazar: sevinc1 |
Bu ilin oktyabr ayında Türkiyədə qiymətlər sentyabr ayı ilə müqayisədə 3,43 %, ötən ilin eyni dövrünə nisbətən isə 61,36 % çox olub. aia.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Təşkilatı (TÜİK) məlumat yayıb. Xatırladaq ki, qurum sentyabrda aylıq inflyasiyanı 4,75 %, illik inflyasiyanı isə 61,53 % olmaqla açıqlamışdı. Müstəqil alimlərin yaratdığı İnflyasiya Araşdırma Qrupu (ENAG) isə oktyabrda aylıq inflyasiyanın 5,09 %, illik inflyasiyanın isə 126,18 % təşkil etdiyini bildirib. aia.az Geri dön |