Ana Sayfa > Dünya > Türkiyə lideri:
Türkiyə lideri:3-11-2023, 11:43. Yazar: sevinc1 |
“Xəzər dənizinin təbii qazının Avropaya çatdırılması bu qitənin enerji təhlükəsizliyinə töhfə verəcək”. aia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 3-də Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında Qazaxıstanın Astana şəhərində keçirilən 10-cu yubiley Zirvə görüşündə çıxışında deyib. O bildirib ki, Şərq-Qərb dəhlizi inkişaf etdirilməlidir: “Bu, bütün regionun inkişafına töhfə verəcək”. R.T.Ərdoğan, həmçinin söyləyib ki, türk dövlətləri arasında əməkdaşlıq da inkişaf etdirilməlidir: “Vahid əlifbanın yaradılması istiqamətində işlər davam edir. Bütün türk dünyasının təhlükəsizliyi və rifahı uğrunda addımlar atmağa davam edəcəyik. Qarşımızdakı dövrü türk dövrü etmək üçün çalışacağıq”./report aia.az Geri dön |