Ana Sayfa > Seçki 2024 > Qubada qanvermə aksiyası keçirilib

Qubada qanvermə aksiyası keçirilib


2-11-2023, 15:26. Yazar: sevinc1
Qubada qanvermə aksiyası keçirilib

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinin və Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə talassemiyalı və hemofiliyalı xəstələrə köməklik göstərilməsi məqsədilə Mərkəzi Qan Bankının Quba bölməsində qanvermə aksiyası keçirilmişdir.

aia.az xəbər verir ki, qanvermə aksiyasında Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, şəhid ailələri və qazilər, RİHB-nın İƏD-lər üzrə nümayəndələri və bələdiyyə sədrləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və kollektivləri, habelə rayon ictimaiyyətinin digər nümayəndələri iştirak etmişdir.
Geri dön