Ana Sayfa > Özəl > Xarici İşlər Nazirliyi: Rusiya ABŞ və Finlandiya arasında müdafiə sahəsində razılaşmaya cavab verəcək
Xarici İşlər Nazirliyi: Rusiya ABŞ və Finlandiya arasında müdafiə sahəsində razılaşmaya cavab verəcək2-11-2023, 14:51. Yazar: sevinc1 |
![]() ABŞ və Finlandiya arasında müdafiə sazişi bağlanarsa, Moskva hərbi-texniki xarakterli cavab tədbirləri görməyə məcbur olacaq, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova noyabrın 2-də brifinq zamanı bildirib. Diplomatın sözlərinə görə, Rusiyanın konkret reaksiyası tərəflərin sözügedən saziş çərçivəsində atacağı addımlardan və hərəkətlərindən, o cümlədən ABŞ kontingentinin Finlandiyaya yerləşdirilməsindən asılı olacaq. “Rusiyanın milli təhlükəsizliyinə bununla bağlı yaranan təhdidləri dayandırmaq üçün biz həm hərbi-texniki, həm də digər xarakterli cavab tədbirləri görməyə məcbur olacağıq”, - TASS Zaxarovadan sitat gətirir. aia.az Tərcümə şöbəsi Geri dön |