Ana Sayfa > Özəl > Ukrayna iqtisadiyyatının kənd təsərrüfatı məhsullarının ixracından itkiləri məlum olub
Ukrayna iqtisadiyyatının kənd təsərrüfatı məhsullarının ixracından itkiləri məlum olub2-11-2023, 14:22. Yazar: sevinc1 |
Ukrayna iqtisadiyyatı kənd təsərrüfatı məhsullarının ixracından 3 milyard dollar gəlir itirib. “Bloomberg” bu barədə Ukrayna Milli Bankının məlumatına istinadən xəbər verir.Qeyd olunur ki, Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri kənd təsərrüfatı məhsullarının ixracından əldə edilən təxminən 3 milyard dollar gəlir xaricdə qalıb. Bloomberg mənbəsi bildirib ki, bu, iqtisadiyyatın müxtəlif sektorlarından olan treyderlərin Ukraynadan kənarda saxladıqları ümumi məbləğin 70-75%-ni təşkil edir. Bu, şirkətlərin valyuta gəlirlərini ödəməkdə yaşadıqları çətinliklərlə bağlıdır. Ukrayna da gəlirlərin qaytarılması qaydalarını sərtləşdirib. Ukrayna Milli Bankının (MBU) rəhbəri Andrey Pışnı qeyd edib ki, xaricə valyuta gəlirlərinin ləngiməsi ölkə iqtisadiyyatına təzyiq göstərir.Bundan əvvəl Bloomberg xəbər vermişdi ki, Ukrayna Nazirlər Kabineti taxıl ixracına nəzarəti gücləndirmək istəyir. Hazırda Kiyev taxıl tədarükçüləri üzərində daha sərt nəzarətin tətbiqi imkanlarını nəzərdən keçirir. Hakimiyyətin əsas məqsədi ölkənin gəlirlərini artırmaqdır. aia.az Tərcümə şöbəsi Geri dön |