Ana Sayfa > Özəl / Seçki 2024 > Gəncədə antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin 40 mərasimləri keçirilib

Gəncədə antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin 40 mərasimləri keçirilib


1-11-2023, 18:22. Yazar: sevinc1
Gəncədə antiterror əməliyyatı zamanı həlak olan şəhidlərin 40 mərasimləri keçirilib

Gəncə şəhərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş 6 nəfər hərbi qulluqçunun 40 mərasimləri keçirilib.

aia.az xəbər verir ki, Gəncənin Şəhidlər Xiyabanında keçirilən mərasimdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş konsulu Recep Öztop, Milli Məclisin üzvü Pərvin Kərimzadə, SHXÇDX Gəncə şəhər Nizami və Kəpəz rayonları şöbələrinin məsul əməkdaşları, bələdiyyə sədrləri, şəhidlərin ailə üzvləri, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, önünə gül dəstələri düzüblər. Şəhidlərimizin ruhlarına dualar oxunub.
Gəncə şəhər İH-nin başçısı Niyazi Bayramov şəhidlərin ailə üzvləri ilə görüşüb, onlara başsağlığı verib.
Xatırladaq ki, bu ilin 19-20 sentyabr tarixlərində Silahlı Qüvvələrimiz tərəfindən keçirilən lokal xarakterli antirerror əməliyyatı zamanı Gəncə şəhərindən baş leytenant Kərəm Həsənov, əsgərlər Murad Axundov, Oruc Bədəlov, Ramal Ələkbərov, Orxan Əliyev və Talıb Əliyev şəhidlik zirvəsinə ucalıblar.

Azər Tağızadə
Geri dön