Ana Sayfa > Manşet / Media > MEDİA jurnalistlər üçün təlim keçirdi
MEDİA jurnalistlər üçün təlim keçirdi1-11-2023, 18:03. Yazar: sevinc1 |
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə 28 və 30 oktyabr 2023-cü il tarixlərində “Media subyektləri və jurnalistlərin sosial platformalarda peşəkar fəaliyyətinin qurulması” mövuzunda təlim keçilib. aia.az xəbər verir ki, təlimin ilk sessiyasında Medianın İnkişafı Agentliyinin Media subyektləri və jurnalistlərlə iş şöbəsinin müdiri Natiq Məmmədli “Jurnalistlərin sosial şəbəkələrdə fəaliyyəti və redaksiya məsuliyyəti” mövzusunda çıxış edərək informasiya texnologiyalarının inkişafı kontekstində media, sosial şəbəkələr, rəqəmsal media kontentinin xüsusiyyətləri, rəqəmsal mühitdə media brendinin və jurnalist nüfuzunun qorunması, sosial şəbəkələrdə redaksiya və jurnalistlərin maraq toqquşması, jurnalistin etik məsuliyyəti və öhdəliyi haqqında danışıb. Natiq Məmmədli mediada özünə nəzarət və fəaliyyət azadlığı, media etikasının əsas prinsiplərinə diqqət çəkərək bildirib ki, jurnalist hazırladığı materialı işlədiyi media subyektinin rəhbərliyi ilə razılaşdırmadan başqalarına təklif edə bilməz. Mediada dərc olunan və (və ya) yayımlanan informasiyaya dair tələbləri vurğulayan şöbə müdiri qeyd edib ki, faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməlidir. İkinci sessiyada isə Natiq Məmmədli tərəfindən “Azərbaycan təcrübəsi: Redaksiya siyasəti və peşə davranış qaydaları” mövzusunda vörkşop keçirilib. Təlimin üçüncü və dördüncü sessiyalarında “Türk Medya”nın 24 TV kanalında aparıcı, “Axşam” qəzetinin elektron versiyasında yazar olaraq çalışan Ezgi Aşık “Sosial media və jurnalist” mövzusunda çıxışında jurnalistin sosial media hesabının idarə edilməsindən, onun sosial mediadakı şəxsi fikirlərinin qurumun fəaliyyətinə təsirindən, sosial medianın trendlərindən bəhs edib. Bildirib ki, jurnalistlərin sosial mediada paylaşdığı məzmun jurnalist etikasına və peşəkar standartlara uyğun olmalı, qərəzsizlik və obyektivlik prinsiplərinə diqqət yetirilməli, etibarlı xəbər mənbələrindən məlumat alınmalıdır. Sonra “Jurnalistlərin etik yanaşması” mövzusu barədə danışan Ezgi Aşık xəbər etikasının vacibliyinə, rəqəmsal mediada yayımını davam etdirən kanalların etika anlayışına yanaşma tərzinə, müxbirin öz xəbərini qabaqlaya bilməsi reallığına, peşəkar işçi “influencer” olarsa, prosesin etik və iqtisadi cəhətdən necə idarə edilməsinə toxunub. Qeyd olunub ki, jurnalistlər sosial media hesablarında hansı məzmunu paylaşacaqlarını müəyyənləşdirməli və məzmun strategiyası hazırlamalıdırlar. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. aia.az Geri dön |