Ana Sayfa > Parlament / Seçilənlər-3 / Aia TV / Karusel > MTN-nin tutduğu İŞİD-çilər danışdı - VİDEO

MTN-nin tutduğu İŞİD-çilər danışdı - VİDEO


2-09-2015, 21:29. Yazar: admin

“Haqsızlıqlar edirlər”.

Ölkə ərazisində sabitliyi pozmağa cəhd edən silahlı dəstə zərərsizləşdirilib. Milli Təhlükəsizlik Nazirliyi “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak edən şəxslərin müəyyənləşdirilməsi üçün əməliyyat keçirib. Onlar müxtəlif dövrlərdə silahlı qrup yaradaraq terror hadisələrinin iştirakçısı olublar. Antiterror əməliyyatı nəticəsində “İŞİD”ə qoşulan şəxslər saxlanılıb.

Aia.az ANS TV-yə istinadən məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin antiteror əməliyyatları nəticəsində “İŞİD” terror quruplaşmasının fəaliyyətində iştirak edən Şirxan Xasaylı, Rövşən Mikayılov, Elşən Adilov, Vüqar Hacıyev və Azər Eyyubov şübhəli şəxs qismində həsb ediliblər.

Müəyyən olunub ki, qrup üzvləri 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraqda ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İŞİD” terror təşkilatının fəaliyyətində iştirak ediblər.

Təqsirləndirilən şəxs Şirxan Xasaylının sözlərinə görə, o, “İŞİD”in tabeliyində olan Azərbaycan caamatı dəstəsində Suriya ordusu və müxalif qüvvələrə qarşı döyüşüb.

Təqsirləndirilən şəxs Azər Eyyubov isə Türkiyəyə getdiyini, ordan da Suriyaya keçdiyini deyib:

“Suriyada olduğum müddətdə gördüm ki, haqsızlıqlar edirlər, bizi aldadıb bizdən istifadə edirlər”.

Faktlarla bağlı Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işləri başlanılıb.

Geri dön