Ana Sayfa > Özəl / Seçki 2024 > Gədəbəydə Şəhid Əliyev Elsevər Saqib oğlunun məzarı ziyarət edilib

Gədəbəydə Şəhid Əliyev Elsevər Saqib oğlunun məzarı ziyarət edilib


31-10-2023, 16:21. Yazar: sevinc1
Gədəbəydə Şəhid Əliyev Elsevər Saqib oğlunun  məzarı  ziyarət edilib

aia.az xəbər verir ki, 31.10.2023-ci il tarixində YAP Gədəbəy rayon Təşkilatının sədrinin müavini, Zaur Mehdiyev, Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elçin Zeynalabdiyev, Gədəbəy rayon Cümə məscidinin imamı Rövşən Mustafayev eləcə də kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində vətənimizin müdafiəsi uğurunda öz canından keçən Şəhidimiz- rayonun Arısu kənd sakini Əliyev Elsevər Saqib oğlunun üçüncü ildönümü münasibətilə məzarı ziyarət edilərək xatirəsi ehtiramla anılıdı, məzarı üzərinə gül dəsətələri düzüldü və ruhuna dualar oxunudu. Ailəsi ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənildi. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.
Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!


Geri dön