Ana Sayfa > Qərbi Azərbaycan > TƏBİB-in 3 startap layihəsi təqdim olunacaq

TƏBİB-in 3 startap layihəsi təqdim olunacaq


31-10-2023, 11:46. Yazar: sevinc1
TƏBİB-in 3 startap layihəsi təqdim olunacaq

TƏBİB-in 3 startap layihəsi təqdim olunacaq.

aia.az xəbər verir ki, bu barədə TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova Bakıda keçiriləxək “Medinex” sərgisinin mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, bunlardan biri “Sağlamlıq elektron portalı”dır. Bütün pasiyentlər barədə məlumatların, pasiyentin əvvəlki müayinə nəticələrinin də bölüşüldüyü bir platformadır. Müayinə nəticələri dərhal pasiyentin mobil telefonunda öz əksini tapacaq.

"Həm həkimlər, həm də pasiyentlər üçün yararlı olacaq bir startap layihəsidir. Bu startap sayəsində həkimlər də pasiyentlə görüşləri, qeydiyyatı daha rahat idarə edə biləcək, ən əsası, düzgün müayinə edə bilmək üçün pasiyentin bütün xəstəlik tarixçəsini izləmək imkanı əldə edəcəklər.

Məlumdur ki, bu gün işgüzar insanların zamanı daha çox ofisdə keçir, hərəkətsizlik artır, bu da onurğa problemlərinə səbəb olur. Startap layihələrindən biri də məhz bu problemə həsr olunub. Onurğa aparatı və mobil tətbiq sayəsində qaməti düzgün saxlamadıqda və əydikdə mobil telefona siqnal mesajı gəlir ki, bu da onurğa problemlərinin profilaktikası üçün maraqlı bir layihədir.

3-cü startap layihəsi sayəsində isə dərmanların tərkibini mobil tətbiq vasitəsilə skan etdikdə onun hansı orqana, hansı xəstəliyin müalicəsində faydalı olduğunu əks etdirən məlumatlar əldə etmək mümkün olacaq. Bu layihəyə görə dərman qutularını skan etməklə həm vizual, həm də səsli formada dərmanın tərkibi və istifadə qaydaları, göstərişləri barədə məlumatlar əldə etmək mümkündür. Səsli və video format görmə məhdudiyyəti olan insanlar üçün də rahatlığı təmin etmək üçün nəzərdə tutulub”,- deyə o əlavə edib.

aia.az
Geri dön