Ana Sayfa > Seçki 2024 > Bakıda dönərdən zəhərlənən 23 şagirddən

Bakıda dönərdən zəhərlənən 23 şagirddən


30-10-2023, 18:00. Yazar: sevinc1
Bakıda dönərdən zəhərlənən 23 şagirddən

Bakıda dönərdən zəhərlənən 24 şagirddən yalnız biri bu gün dərsdə iştirak etməyib.

aia.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, digərlər şagirdlərin hamısı bu gün məktəbə gəlib.

Xatırladaq ki, oktyabrın 24-də Binə qəsəbəsində yerləşən 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərin şagirdləri arasında dönərdən zəhərlənmə qeydə alınıb. 24 şagirddə müxtəlif vaxtlarda qida mənşəli narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib. Onlar dərhal TƏBİB-in tabeliyindəki Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıblar.

Həmin şagirdlər bir neçə gün əvvəl evə buraxılıblar.

aia.az
Geri dön