Ana Sayfa > Özəl > İsrail prezidenti qaçırılan alman qadın Şani Lukun öldüyünü təsdiqləyib
İsrail prezidenti qaçırılan alman qadın Şani Lukun öldüyünü təsdiqləyib30-10-2023, 16:12. Yazar: sevinc1 |
![]() İsrail prezidenti İsaak Hersoq İsraildə qaçırılan alman qadın Şani Lukun öldüyünü təsdiqləyib. “Welt” nəşrinə müsahibəsində İsrail liderinin sözlərinə görə, qızın başı kəsilib. Hersoq mərhumun ailəsinə başsağlığı verib.Bundan əvvəl İsraildə radikallar tərəfindən oğurlanan tələbənin anası RTL və NTV telekanallarına müsahibəsində onun ölümü barədə məlumat vermişdi. İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib ki, Qəzzada azı 239 girov saxlanılır. Şani Baxın: 22 yaşlı Həmas əsirinin taleyi məlum olub Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Rusiya Qəzza zolağındakı girovları Həmas əsirliyindən azad etmək üçün bütün mümkün istiqamətlərdə lazım olan hər şeyi edir. aia.az Tərcümə şöbəsi Geri dön |