Ana Sayfa > Özəl > Gürcüstan legionu Abxaziya və Cənubi Osetiya uğrunda döyüşməyə hazır olduğunu bəyan edib
Gürcüstan legionu Abxaziya və Cənubi Osetiya uğrunda döyüşməyə hazır olduğunu bəyan edib30-10-2023, 13:00. Yazar: sevinc1 |
Ukrayna Silahlı Qüvvələrinin tərkibində döyüşən gürcü legionunun üzvü Ramaz Canqidze “ərazi bütövlüyünün bərpası problemi diplomatiya yolu ilə həll edilə bilməyəcəyi təqdirdə” Tbilisinin Abxaziya və Cənubi Osetiya üzərində nəzarəti bərqərar etmək üçün birləşmənin döyüşməyə hazır olduğunu bildirib. Bu barədə VZQLYAD qəzetinin Tbilisidəki müxbiri məlumat verib.“Kviris Palitra” (“Həftənin palitrası”) həftəlik nəşrinə müsahibəsində o, “Abxaziya və Sxinvali bölgəsinin (Cənubi Osetiya) tezliklə Rusiyanın təsirindən azad edilərək Gürcüstana qayıdacağına” ümid etdiyini bildirib. “Mən çox istərdim ki, siyasətçilər bu problemi diplomatik yolla həll etsinlər. Amma alınmasa, biz bu məqsəd uğrunda mübarizə aparmağa hazırıq”, - Cangidze bildirib. Onun sözlərinə görə, bölmədə “bir çoxları son vaxtlar Gürcüstana gələn rusların çoxluğundan qəzəblənirlər, çünki bu kütlə arasında silah götürməyə qadir gənclər də çoxdur”. aia.az Tərcümə şöbəsi Geri dön |