Ana Sayfa > Özəl > Böyük planlarımız var.

Böyük planlarımız var.


28-10-2023, 10:28. Yazar: sevinc1
Böyük planlarımız var.

Bildiyiniz kimi cari ilin oktyabr ayında 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi olmuşdur. Xatırlatmaq istəyirəm ki, Stansiyanın təməlqoyma mərasimi 2022-ci il mart ayının 15-də Gülüstan sarayında cənab Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Stansiya həm regionda, həmdə ölkədə, xarici investisiya cəlb edilməklə, reallaşdırılan sənaye miqyasına görə ilk günəş elektrik stansiyasıdır.Onuda qeyd edim ki,bu stansiyada hər il 500 milyon kt-saat elektrik enerjisi istehsal edilir və 110 milyon kub metr həcmində təbii qaza qənaət olunacaqdır. Beləliklə şəbəkəyə qoşulması üçün 330 kilovoltluq yarımstansiya tikilmişdir. Müasir dövrümüzdə dünyaya açıq olan Azərbaycan nəinki öz enerji tələbatlarını təmin edir,eləcə də xam nefti, neft məhsullarını,təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini ixrac edir. Azərbaycan Cənub Qaz Dəhlizi meqa enerji layihəsini öz tərəfdaşları ilə birgə başa çatdırıb. Xüsusi qeyd edirəm ki,bu layihə, bu stansiya ölkəmizdən Cənubi Avropaya gedən inteqrasiya edilmiş boru kəmərləri sistemini qurub ki,həmin boru kəmərinin uzunluğu 3500 (üç min beş yüz) kilometrə malikdir. Sevindirici hal isə, ölkəmiz ilə Birləşmiş Ərəb Əmirliklərini n siyasi-iqtisadi, təhlükəsizlik və digər sahələrdə sıx əməkdaşlıq həyata keçirməsidir.Qürurla qeyd edirəm ki,bu gün artıq bütün sahələrdə olduğu kimi, yürüdülən siyasətin uğurlu nəticəsi olaraq ölkəmiz nəinki öz enerji tələbatlarını tam ödəyir, hətta xam nefti, neft məhsullarını, təbii qazı, neft-kimya məhsullarını və elektrik enerjisini də ixrac edir."Masdar" şirkəti ilə aparılan əməkdaşlıq isə ölkəmizi yaşıl enerjinin çox mühüm ixrac mənbəyinə çevirəcəkdir.BƏƏ-i ilə ölkəmiz arasında hərtərəfli əlaqələrin genişlənməsi, xüsusilə də nəhəng enerji layihələrinin reallaşması münasibətləri yeni mərhələyə çıxarmışdır.Məhz buda, münasibətlər in dahada yüksək səviyyəyə qaldırılmasına öz töhfəsini verməkdədir.Sonda qeyd edim ki, "Masdar" şirkəti tərəfindən hazırlanmış, Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş xatirə medalı cənab Prezident İlham Əliyevə təqdim olunması ölkələrimizarası münasibətin dostluğa söykəndiyini bir daha sübut etdi. Fikrimi Dövlət başçısı, cənab Prezident İlham Əliyevin sözləri ilə tamamlamaq istəyirəm; “Bizim böyük planlarımız var və əminəm ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında dostluq və qardaşlıq əlaqələri uğurla inkişaf etməyə davam edəcəkdir. Əminəm ki,daha çox layihələr olacaq. Faktiki olaraq bu gün biz çox qısa zamanda 1 giqavat bərpaolunan enerji istehsalına yol açacaq üç investisiya sazişinin imzalanma mərasiminin şahidi olacağıq”.

YAP Saatlı rayonu ƏPT-n sədri
Vüqar Məmmədov.
Geri dön