Ana Sayfa > Özəl / Təhsil > Sosial-İqtisadi Kollecdə Məmməd Arazı 90 illik yubleyi qeyd edildi
Sosial-İqtisadi Kollecdə Məmməd Arazı 90 illik yubleyi qeyd edildi27-10-2023, 18:01. Yazar: sevinc1 |
Bu gün UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə Azərbaycanın görkəmli şəxsiyyətlərindən olan, səsi bu taylı - o taylı Azərbaycanın hər bir yerindən gələn dahi şairimiz Məmməd Arazın 90 illik yubileyi yüksək səviyyədə qeyd edildi. aia.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıldı. Kollecin“Maliyyə işi” ixtisasının 1-ci kurs 123-cü qrup tələbələri Baxışova Nərgiz və Cəfərova Ayşənin aparıcılığı ilə keçən tədbirdə qeyd edildi ki,Məmməd Araz yaradıcılığı Azərbaycan ədəbiyyatına yeni nəfəs, yeni ruh gətirmişdir. Biz bunu onun şeirlərində və poemalarında çox aydın şəkildə görürük. O şeirlər ki, milliliyimizi, türkçülüyümüzü, sevgimizi, düşmənə olan nifrətimizi, ucalığımızı,dərinliyimizi özündə ehtiva edir. Yaradıcılığı ilə bütov Azərbaycan olan Məmməd Araz ruhu, Məmməd Araz şəxsiyyəti bu gün UNEC-in nəzdində Sosial-İqtisadi Kollecdə yenidən öz işığını, nurunu tələbələrin çıxışları ilə göstərdi. Tədbirin təşkilatçısı UNEC-in nəzdində Sosial-İqtisadi Kollecinin Azərbaycan dili və ədəbiyyat müəllimi Cəvahir Tanrıverdi çıxışı zamanı şairin poemaları haqqında ətraflı məlumat verdi. Şairin “Üç oğul anası”, “Qayalara yazılan səs” poemalarına məzmun və ideya cəhətdən aydınlıq gətirdi. Eyni zamanda Cəvahir Tanrıverdi dahi şairin şeirlərini də səsləndirdi. Tələbələrdən Soltanova Səliqə, Quluzadə Emin, Şabanzadə Yaqub, Yariyeva Səbinə, Həsənova Zöhrəxanım, Novruzova Ləman, Baxışova Nərgiz, Cəfərova Ayşən, Ələkbərova Aydan, Məlikova Fidan həm şeir, həm musiqi ifaçılığı ilə yaddaqalan oldu. Kollecin 124-cü qrup tələbələri Quluzadə Emin və Şabanzadə Yaqub dahi şairimiz Məmməd Arazın həyat və yaradıcılığı, eyni zamanda şairin çapdan çıxmış kitabları və şair haqqında nəşr olunmuş kitablar haqqında ətraflı məlumat verdilər. “Maliyyə işi” ixtisasının II-ci kurs 123-cü qrup tələbəsi Həsənova Zöhrəxanım Məmməd Arazın “Bu sevgidə kim uduzdu, kim uddu” adlı şeirinə bəstələnmiş mahnını ifa etdi. Tədbirdə Məmməd Arazın dillər əzbəri olan “Ayağa dur, Azərbaycan” , eyni zamanda “Sevgi nəğməsi”,“Axı demişdim”,“Şeirim”,“Mən belə dünyanın nəyindən küsüm”,“Qaranquş”,“Ağarma, saçlarım ” adlı şeirləri səsləndirildi. Milli ruhlu şeirlərlə zəngin olan Məmməd Araz yaradcılığını Azərbaycanın milli musiqi aləti olan sazsız təsəvvür etmək olmazdı. Odur ki,II-ci kurs tələbəsi Məlikova Fidanın sazda ifası xüsusilə yaddaqalan oldu. Onun sazda “Dubeyti”, “Baş sarıtel” və “Misri” kimi havalarının ifası da məhz Məmməd Araz ruhu ilə səsləşirdi. Tədbirdə şairin “Dünya sənin, dünya mənim “ adlı şeirinə bəstələnmiş mahnını 592-ci qrup tələbəsi Novruza Ləman ifa etdi. Əlbəttə, bu mahnı Ulu Öndər Heydər Əliyevin sevərək dinlədiyi mahnılar sırasına daxildir. Demək olar ki, bu mahnı bütün zalda əyləşənlər tərəfindən böyük zövqlə birlikdə ifa olundu. Bu da bir daha Məmməd Araza və onun yaradıcılığına olan böyük sevgini təcəssüm etdirdi. Məmməd Arazın 90 illik yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə qonaq qismində iştirak edən yazıçı-jurnalist Faiq Qismətoqlu cıxış edərək Məmməd Araz yaradıcılığından söz acaraq bildirdi ki, Vətən sevdalısı Məmməd Arazın irsi zəngin və səmimi olduğundan hər kəsin dilinə yatır, ürəyinə yol tapır. Məmməd Araz kağıza həkk etdiyi hər misrasında Vətən sevgisini, dərin həyat fəlsəfəsini milyonlarla oxucuya ötürən görkəmli söz ustadı olub. Tədbirdə tədris işləri üzrə direktor müavini, eyni zamanda Azərbaycan dili və ədəbiyyat müəllimi Xanım Məmmədova çıxış edərək bildirdi ki, Məmməd Araz yaradıcılığının zirvəsində Azərbaycan torpağı, ana vətən, onun tarixi və gözəllikləri dayanır. Xanım Məmmədova daha sonar qeyd etdi ki, Məmməd Arazın əsas şeirləri milli və mədəni məsələlərlə, sevgi, Vətən, insan haqqı, azadlıq və xalqın ürəyi ilə bağlı məqamları əks etdirir. Onun əsərlərində xalq sevgisi, milli hisslər və insanlığa müraciət mövzuları geniş şöhrət qazanıb. Tədbirin sonunda Kollecin direktoru pedaqoji elmlər doktoru, professor Vidadi Orucov da çıxış edərək Məmməd Arazın böyük sair kimi Vətənə,millətə sevgisindən danışdı və onun bütov Azərbaycan adlandırdı. Vidadi Orucov daha sonar bildirdi ki, hər misrası, hər bəndi kiçikdən böyüyə hər kəsin sevimlisinə çevrilən Məmməd Araz xalqın şairi olmağı, milli ruhu daşımağı mükəmməl şəkildə bacarıb. Tədbirdə görkəmli şairin həyat və yaradıcılığının müxtəlif məqamlarını əks etdirən videoçarx nümayiş etdirilib Sonda xatirə şəkli çəkildi. Geri dön |