Ana Sayfa > Özəl > İsraillə sərhəd yaxınlığındakı Nuveybəyə mərmi düşüb
İsraillə sərhəd yaxınlığındakı Nuveybəyə mərmi düşüb27-10-2023, 12:45. Yazar: sevinc1 |
![]() Mərmi İsraillə sərhəddən təxminən 60 km aralıda, Qırmızı dənizin sahilində yerləşən Nuveyba şəhərinə düşüb. Bu barədə “Ar-Rai” xəbər portalı məlumat yayıb.Misir təhlükəsizlik güclərindəki mənbələrə görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır və istintaq orqanlarının nümayəndələri “əlavə məlumat toplayır”. Mərminin növü və ya mümkün zərər haqqında məlumat yoxdur. Bundan əvvəl İsraillə sərhədə yaxın ərazidə yerləşən Taba kəndində təcili yardım binasına və xəstəxana administrasiyası üçün yaşayış binasına raketin düşməsi barədə məlumat daxil olub. Altı nəfər yüngül xəsarət alıb. Tabaya düşən raketin haradan atıldığı hələ də bəlli deyil. aia.az Tərcümə şöbəsi Geri dön |