Ana Sayfa > Gündəm / Manşet / Karusel > Jurnalistlərə mənzil hansı kriteriyalarla veriləcək? - Əflatun Amaşovdan açıqlama
Jurnalistlərə mənzil hansı kriteriyalarla veriləcək? - Əflatun Amaşovdan açıqlama2-09-2015, 21:07. Yazar: admin |
"Jurnalistlərə mənzil verilməsi ilə bağlı kriteriyalar bina hazır olandan sonra müəyyənləşəcək”. Xəbəraz.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. MŞ sədri bildirib ki, hazırda bina hazır olmadığı üçün bu haqda danışmaq tezdir: "Ötən dəfə müvafiq qurumlardan kimin mülkiyyətində evin olub-olmaması ilə bağlı sənədlər yığılırdı. Bu məsələdə daha çox ağırlıq redaksiyaların üzərinə düşür. Orada hər kəs bir-birini tanıyır. Mətbuat Şurasına müraciət edən redaksiyalar da öz aralarında iclas keçirilər. İclasda açıq səsvermə ilə səs verirlər”. Jurnalistlərin mənzil almaq üçün müraciətlərini onların vicdanına buraxdığını deyən Ə.Amaşovun hesab edir ki, hər bir məlumatı vicdanla yazan jurnalist ev məsələsində də vicdanla davranmalıdır. Qeyd edək ki, jurnalistlərin ilk binasında bu kriteriyalar əsas götürülmüşdü: -Son 3 ildə mütəmadi olaraq yayımlanan KİV (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 5 il fəaliyyət göstərmiş və ümumilikdə 10 il jurnalistlik təcrübəsinə malik əməkdaşlarının adlarını namizəd kimi irəli sürə bilər. Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirə bilər. Redaksiya: İclasını çağırmalı, namizəd(lər)ini müəyyənləşdirməlidir; Azərbaycan Mətbuat Şurasına məktub ünvanlamalıdır (möhürlü və imzalı). Redaksiyanın məktubunda yer almalıdır: Namizədin şəxsiyyət vəsiqəsinin surəti; Namizədin əmək kitabçasının surəti; Namizədin müəyyənləşdirilməsi ilə bağlı iclasın protokolundan çıxarış (möhürlü və imzalı); Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən namizədin adına evin (mülkün) olmadığını təsdiqləyən sənədin əsli; Namizədin tərcümeyi-halı. Qeyd1: KİV redaksiya iclasının vaxtını Azərbaycan Mətbuat Şurası ilə razılaşdırmalı və həmin iclasda Mətbuat Şurasının nümayəndəsi də iştirak etməlidir. Geri dön |