Ana Sayfa > Seçki 2024 > YAP Cəbrayıl rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə "Zəfərlər ölkəsinin alternativi olmayan partiyası" adlı tədbir keçirilib

YAP Cəbrayıl rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə "Zəfərlər ölkəsinin alternativi olmayan partiyası" adlı tədbir keçirilib


27-10-2023, 10:06. Yazar: sevinc1
YAP  Cəbrayıl rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə "Zəfərlər ölkəsinin alternativi olmayan partiyası" adlı tədbir keçirilib

aia.az xəbər verir ki, 26 oktyabr 2023-cü ildə Yeni Azərbaycan partiyasının Cəbrayıl rayon təşkilatının yaradılmasının 30-cu ildönümü münasibətilə "Zəfərlər ölkəsinin alternativi olmayan partiyası" adlı tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq dərin ehtiramlarını bildiriblər. Sonra 4 saylı qəsəbə ərazisində salınmış “Şəhidlər” Abidə KompleksindəAzərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi yad olunub, abidələri önünə gül-çiçək dəstələri qoyulub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev çıxış edərək bildirib ki, təşkilatımız ötən 30 il ərzində Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli inkişaf yolu keçib, çox mühüm, tarixi əhəmiyyətə malik olan nailiyyətlər qazanıb: “Ötən illərdə olduğu kimi, bu gün də öz proqramında müstəqil dövlətçilik, azərbaycançılıq, vətəndaş həmrəyliyi, sosial ədalət prinsiplərini rəhbər tutan Yeni Azərbaycan Partiyasının cəmiyyətdə rolu və nüfuzu durmadan artır”.
YAP Veteranlar Şurasının üzvü Əli Həsənov çıxışında YAP-ın Cəbrayıl rayon təşkilatının 30 ildə gördüyü işlərdən və partiyamızın rəhbərinin uğurlu siyasətindən danışıb.
AMEA-nın müxbir üzvü Novruz Quliyev öz çıxışında Ulu Öndərin dahi siyasətindən və YAP-nın Azərbaycanın tarixindəki əhəmiyyətindən geniş danışdı.
YAP Mərkəzi Aparatının Təşkilat şöbəsinin Baş Məsləhətçisi Elmar Məmmədov çıxışında 44 günlük Vətən müharibəsində və 24 saatlıq antiterror əməliyyatında xalqın birliyi və qazanılan Zəfərdən söhbət açıb və Təşkilatın sədri Arif Fərzəliyevə müasir texnologiya ilə tədbiri hazırladığı üçün təşəkkür etdi.
Milli Məclisin deputatı Ceyhun Məmmədov Yeni Azərbaycan Partiyasının ümummilli lider Heydər Əliyevin ideyalarına əsaslanaraq ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak etdiyini, dövlətçiliyimizin möhkəmlənməsinə və Azərbaycanın dinamik inkişafına öz töhfəsini verdiyini söyləyib.
Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov çıxışında deyib ki, partiya daim təkmilləşməyə və yeniliklərə açıq bir siyasi təşkilatdır: “Vətən müharibəsində qazanılan qələbədə də partiyanın yürütdüyü ideologiyanın rolu danılmazdır”.
Cəbrayıl rayon Ağsaqqallar şurasının sədri Vaqif Məhərrəmov YAP Cəbrayıl rayon təşkilatında ilk ərazi partiya təşkilatının yaranması ilə əlaqəli xatirələrindən danışdı və təbrik etdi.Tədbirdə Ulu Öndərlə Heydər Əliyevlə Naxçıvanda görüşən 2 Cəbrayıllı Musayev Məhəmməd Mürsəl oğlu və Seyidaliyev Vahid Mıqdat oğlu iştirak etmişdilər.Məhəmməd Musayev çıxış edərək Ulu Öndərlə görüşdükləri zamanki xatirələrindən danışdı.Qarabağ müharibəsi qazisi Sərvan Mahmudov Yeni Azərbaycan partiyasına olan sevgisindən danışdı və təbriklərə qoşuldu.
Sonda rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalı fəxri diplom və fəxri fərmanla təltif edilmiş,
YAP sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Geri dön