Ana Sayfa > Özəl > Vətən üçün yaşanan ömür

Vətən üçün yaşanan ömür


26-10-2023, 10:54. Yazar: sevinc1
Vətən üçün yaşanan ömür

Araz İbadlı  xalqımızın qeyrət, hünər tarixi olan  İkinci Qarabağ müharibəsində Vətən yolunda can qoyub, 21 yaşında şəhidlik zirvəsinə ucaldı. Beləcə, Lənkəran rayonunun Gəgiran kəndində Babalı kişinin halal ailə ocağında boya-başa çatan  Araz   bütün Azərbaycanın  qürur yerinə, iftixar mənbəyinə çevrilir.
Araz lap uşaq yaşlarında Vətənin müqəddəsliyini dərk edir. Odur ki, erməni dığaların əzəli yurd yerimiz   Qarabağın ədalətsiz işğalını heç cür vicdanına sığışdıra bilmir.  Məktəbi bitirib əsgərliyə gedəndə deyir ki, ermənilərin qarşısında aciz durmaq bizə yaraşmır. Vətən torpaqların murdar düşmən tapdağından qurtulması  mərd oğlanların qeyrətinə qalır. Qismətim olsa mən də yağı ilə son nəfəsimə qədər döyüşməyə  hazıram.
Vətənini canından əziz bilən Araz cəbhə bölgəsində ona vicdanla xidmət edir.  Komandirlərin tapşırıqlarını  vaxtında,  düzgün  yerinə yetirir. Təlimlər  zamanı əla döyüşçü keyfiyyətlərini  göstərir.  Məqamı çatanda  müharibə  meydanında düşməni əzmək   üçün həmişə öyrənməyə can atır.
Hər an silaha sarılıb müharibə  meydanına atılmaq üçün qəlbi alışıb yanan Araz  2020-ci ilin  sentyabrında arzusuna çatır. Qələbə  sorağı  bir-birindən çətin, qeyri-bərabər  döyüşlərdən gəlir.  Hər qarış torpaq uğrunda mərdliklə vuruşur.  Ordumuzun ard-ardına qazandığı uğurlarını görəndə  qələbəmizin lap yaxında olduğuna tam inanır,  növbəti gün döyüşə pəhləvan kimi girir. Nəticədə  erməni dığaları onu qarşısında tab gətirə bilmir, ciddi itki verə-verə rüsvayçı şəkildə  qaçmağa üz qoyurlar.   Lənkəranın igid oğlu haqq savaşımızda oktyabrın 9-na qədər  düşmənlə mərdliklə vuruşur,  onlarla   canlı qüvvəsini, neçə-neçə  hərbi texnikasını məhv edir.  Füzuli  rayonu istiqamətində  gedən ölüm-dirim  müharibədə  yağı tərəfindən  atılan  artilleriya  atəşi  nəticəsində  müqəddəs şəhidlik zirvəsinə ucalır. Adı Azərbaycanın yeni zəfər  tarixə yazılmaqla ölməzlık  qazanır. Nə qədər xalqımız var, Araz da yaşayacaq.
Ölkə başçısının müvafiq sərəncamları əsasında  Araz  İbadlı  ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”  və  digər medallarla  təltif olunub.
Geri dön