Ana Sayfa > Təhsil > Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub


25-10-2023, 19:39. Yazar: sevinc1
Türkiyənin dövlət korporasiyasının nümayəndə heyəti AzTU-da olub

Türkiyənin Milli Müdafiə Nazirliyinin tərkibindəki Makina və Kimya Sənayesi Korporasiyasının​ (MKEK) baş direktoru Prof. Dr. İlhami Keleşin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.

aia.az xəbər verir ki, AzTU-nun fəaliyyəti barədə nümayəndə heyətinə geniş məlumat verən rektor Vilayət Vəliyev müasir dövrdə mühəndislik universitetlərində tədris və tədqiqatın keyfiyyətinin yüksəldilməsində universitet-sənaye əməkdaşlığının əhəmiyyətini diqqətə çatdırıb.

Nümayəndə heyəti AzTU-da fəaliyyət göstərən “Bilişim Vadisi Bakı”, “Cezeri” laboratoriyası və digər mərkəzləri ziyarət edib. Ziyarət zamanı “Bilşim Vadisi Bakı”da təmsil olunan rezident şirkətlərin AzTU-da aparılan mühəndis hazırlığına faydaları, universitet-sənaye əməkdaşlığının inkişafında rolu, innovasiyaların dəstəklənməsinə verəcəkləri töhfələri barədə fikir mübadiləsi aparılıb.

Daha sonra tərəflər gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparıblar.
Geri dön