Ana Sayfa > Özəl > İran: İsrailin jurnalistləri öldürməsi sionist rejimin sifətində alçaldıcı ləkədir
İran: İsrailin jurnalistləri öldürməsi sionist rejimin sifətində alçaldıcı ləkədir25-10-2023, 14:04. Yazar: sevinc1 |
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsrail rejiminin Qəzza zolağında jurnalistləri qətlə yetirməsini kəskin şəkildə pisləyib və deyib: Bu qətllər sionist rejim və onun havadarlarının cinayətlərini gizlətməyə kömək edə bilməz. Press TV-nin məlumatına görə, Nasser Kana'ani bu sözləri çərşənbə axşamı İsrail rejiminin Qəzzada davam edən müharibəsində indiyədək 19 jurnalistin şəhid olmasının üzə çıxmasından sonra əvvəllər Twitter kimi tanınan X-də etdiyi paylaşımda deyib. Jurnalistlərin canını almaq “Sionist rejim və onun rəhbərlərinin hərbi cinayətkarlar kimi dayandığını və onları dəstəkləyənlərin bu qanunsuzluqlara qarışdığını” ört-basdır etməyə kömək etmir. İsrail rejiminin Fələstin xalqına qarşı cinayətlərini gücləndirməsinə cavab olaraq Qəzzada yerləşən Fələstin müqavimət qruplarının işğal olunmuş ərazilərdə Əl-Əqsa Fırtınası əməliyyatı keçirməsindən sonra İsrail dağıdıcı müharibəyə başlayıb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzzaya təcavüzü nəticəsində indiyədək 5700-dən çox insan şəhid olub, 18000-dən çox insan isə yaralanıb. Kan'ani İsrailin vəhşiliklərini "sonsuza qədər sionist rejim və onun himayədarlarının üzündə qalacaq" "alçaldıcı ləkə" kimi qiymətləndirib. “Bu cür çoxsaylı vəhşiliklər qarşısında oyanmış heç bir vicdan lal qala bilməz”, o, yekunlaşdırdı. aia.az tərcümə şöbəsi Geri dön |