Ana Sayfa > Gündəm > Azərbaycanda Hava bu tarixdən etibarən KƏSKİN pisləşir - Yağış, qar, dolu...

Azərbaycanda Hava bu tarixdən etibarən KƏSKİN pisləşir - Yağış, qar, dolu...


5-09-2016, 16:27. Yazar: admin


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin dəyişəcəyi barədə əhaliyə xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, sentyabrın 6-da və 7-də ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı olunur.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı gözlənilir.
Geri dön